Evindən 3 maşın zibil və meyit çıxarıldı- FOTOLAR

Evindən 3 maşın zibil və meyit çıxarıldı- FOTOLAR
Bütün Xəbərlər
18:01 27.03.2014
1887
Dünən Yasamal rayonu Şərifzadə küçəsi 132 mənzil 19 ünvanında yanğın hadisəsi baş verib. Bizimyol.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri hadisə yerinə cəlb edilib və yanğın söndürülüb. 

Lakin mənzildə yaşayan Yura adlı vətəndaşın meyiti bu gün çıxarılıb. Buna səbə evin zibillə dolu olması olub. Qonşuların dediyinə görə, Yura yalnız gecələr evinə gəlirmiş və hər dəfə də evə zibil daşıyırmış. Bununla bağlı qonşular dəfələrlə ərazi üzrə mənzil istismar idarəsinə şikayət etsələr də məsələ həllini tapmayıb. Qonşular bildirir ki, Yuranın meyiti zibillərin arasından bu gün tapılıb: "Qardaşı İvan bu gün gəlib və Yuranın meyidini zibillərin arasından çıxarıblar. Mənzildən indiyə kimi 3 maşın zibil çıxarılıb".

2-ci mərtəbədə baş verən yanğın 1-ci mərtəbədə yaşayanlar üçün də böyük problemlər yaradıb. Belə ki, qonşular yanğınla əlaqədar olaraq mənzillərin divarlarının bərbad gününə düşdüyündən və pis zibil qoxusundan şikayətçidirlər.

OXŞAR XƏBƏRLƏR