Evinə girən oğrunu çardaqda bağlayıb, polisə zəng vurdu

Evinə girən oğrunu çardaqda bağlayıb, polisə zəng vurdu
DÜNYA
15:03 24.11.2019
21715

İstanbulun Sultanqazi bölgəsində beşmərtəbəli binadayaşayan ailə evlərinin terasından gələn səsin səbəbini öyrənmək üçün yuxarı qalxıb  və çardaqda kiminsə olduğundan şübhələnib.

AZXEBER.COM oxu.az-a istinadən bildirir ki, terrasa çıxanda qapının açıq olduğunu görən ailə içəridə oğru olduğunu təxmin edib. Ailə üzvləri səs salmadan qapını arxadan bağlayıb və aşağı düşüb.

İçəridə qalan şəxs qapının üzünə bağlandığını görən kimi səs-küy salmağa başlayıb. Ailə başçısı özünü itirməyib və polisə bu barədə xəbər verib.

Şəxs polis tərəfindən tutulub. Dindirmə zamanı o, oğru olduğunu etiraf etməyib. Yad evin çardağında olma səbəbini isə evsiz olması ilə əlaqələndirib.

Lakin ev sahibləri həmin şəxsin məhz oğru olduğunu bildirir.
OXŞAR XƏBƏRLƏR