Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva Bolqarıstanın “Mr.Big” jurnalına müsahibə verib. Jurnalın suallarını cavablandıran Günay Musayeva həyat yoldaşı Tolqa Kareldən, romantik hisslərdən, seksdən və digər mövzulardan danışıb. "Best Model of the World 2011" gözəllik müsabiqəsinin ikincisi Bolqarıstanın onun üçün doğma olduğunu xüsusi vurğulayıb. Səbəbi də belə izah edib ki, bu ölkədə keçirilən müsabiqə zamanı indiki həyat yoldaşı onu görüb və evlənmə təklif edib.