Türkiyənin dövlət telekanalı TRT-də silah gücü ilə "Çevriliş Bəyanatı” oxumaq məcburiyyətində qalan diktor Tijen Karaş şəxsi tərbiyəçilərin paylaşacaq.
AZXEBER.COM Avropa.info-ya istinadən xəbər verir ki, Karaş Sabancı Universiteti tərəfindən təşkil olunan "Şəxsi İnkişaf Zirvəsi”ndə mühazirə oxuyacaq.
O, həm peşə təcrübələrini, həm də çevriliş gecəsi yaşadığı çətin anları izah edəcək. Karaş sammitdə "insanlar qarşısında nitq və natiqlik sənəti”, "ünsiyyət bacarıqları, diksiya” mövzusunda da danışacaq.
Tijen Karaşın iştirak edəcəyi "Şəxsi İnkişaf Zirvəsi” üçün hazırlanan afişada, Karaşın çevriliş gecəsi bəyanatı oxuyarkən çəkilən şəkli yer alıb. 23 Oktyabrda keçiriləcək sammitdə TRT İdman aparıcısı Ərdoğan Arıkan da şəxsi inkişaf mövzusunda fikirlərini bildirəcək.
15 İyul dövlət çevrilişi cəhdinin ən diqqət çəkən adlarından biri TRT-də "çevriliş bəyanatı”nı oxuyan diktor Tijen Karaş idi.
Tijen Karaş çevrilişi cəhdi bəyanatını canlı yayımda oxuyaraq bir anda milyonlarla insanın diqqətini çəkdi.
Gərginliyi hiss olunmasına baxmayaraq peşəkar bir şəkildə işini görən xəbər diktoru, sonradan bunu silah gücünə etdiklərini açıqlayıb.
Tijen Karaş 1975-ci ildə Ankarada doğulub. Uç uşaqlı bir ailənin ortancıl qızı olan Tijen Hacettepe Universiteti Sosiologiya fakültəsini bitirib.
Uzun illərdir ki, TRT-də çalışan Tijen Karaş, 2000-ci ildə TRT-də Həyat və Gənclik adlı proqramı aparırdı.
TRT Avrasiya və TRT Türkdə müxtəlif proqramlar apardıqdan sonra, xəbər spikerliyinə keçib.
Təcrübəli diktor TRT-də oxuduğu "çevriliş cəhdi bəyanatı” ilə bir gecədə hamının tanıdığı bir insana çevrildi.