Çevrilişçilər qəzet müxbirini öldürüblər

Çevrilişçilər qəzet müxbirini öldürüblər
DÜNYA
11:30 16.07.2016
1569

Türkiyədə dövlət çevrilişi etməyə cəhd edən əsgərlər bir müxbiri də öldürüblər.

"Yeni Şafak" qəzetinin sənət fotolarını çəkən Mustafa Cambaz Çengelköydə polis idarəsinə hücum edən əsgərlər tərəfindən başından vurulub.

Cambazın şəhid olma xəbərini "Yeni Şafak"ın baş redaktoru İbrahim Karagül "Twitter" hesabından "Qardaşım, iş yoldaşım Mustafa Cambaz, Gülənin terroristləri tərəfindən şəhid edildi. Allah rəhmət eləsin." sözləri ilə xəbər verib.

OXŞAR XƏBƏRLƏR