Əvvəl arvadını, sonra iki uşağını doğradı - FOTOLAR

DÜNYA
15:09 30.10.2012
2590
6 nəfəri, o cümlədən arvadını və iki övladını doğrayaraq qətlə yetirmiş şəxsin məhkəmə prosesi başa çatıb.
İngiltərənin Cersi adasında yaşayan, əslən polyak olan 31 yaşlı Demian Rzejovski 30 il müddətinə azadlıqdan məhrum edilib.
İngiltərənin Sankt-Heyler şəhərində inşaatçı fəhlə olan Rzejovski kiçik oğlu Kasperə 13 bıçaq zərbəsi vurandan sonra uşağın boğazını kəsib. Bundan sonra o, mətbəx bıçağı ilə 5 yaşlı qızını, sonra dostunun qızını qətlə yetirib.
Əliqanlı Demien bu qətllərdən sonra arvadını və daha 2 nəfəri də doğrayaraq öldürüb.
Demian məhkəmədə bildirib ki, qətlləri törətməsinin səbəbi 30 yaşlı arvadı İzabellanın ona başqa kişi ilə xəyanət etməsindən duyuq düşməsi idi.
"Arvadımın iki ay başqa kişinin qucağına girdiyini bildim, dəli oldum", - Demian deyib.
O, 2 yaşlı oğlu Kasper və 5 yaşlı qızı Kinqanı öldürəndə bir an da düşünmədiyini söyləyib.
Övladlarını qətlə yetirəndən sonra Demien 56 yaşlı qayınatası Marek Qartskanı, həmin gün evlərində qonaq olan dostunun arvadı, 34 yaşlı Marta De La Heyi, onun 5 yaşlı qızı Yuliyanı da doğrayıb.
Bu minvalla Rzejovski cəmi 25 dəqiqə ərzində 6 nəfəri vəhşicəsinə qətlə yetirib.
Faciə Demien və İzabellanın məzuniyyətdən qayıtdıqları günün ertəsi yaşanıb.
"Demienin xanımı İzabella qan içində olsa da, sağ qala bilərdi. O, telefonda 999 nömrəsini yığaraq yardım istəməyə çalışıb. Lakin Polşadan gəlmiş mühacir çaşıb və 997 yığıb. Bu isə Polşadakı xilasetmə xidmətinin nömrəsi idi", - prokuror deyib.
//milli.az

OXŞAR XƏBƏRLƏR