25 seçki dairəsində 939 məntəqədə “Exit-poll” keçirən QHT Əməkdaşlıq Alyansı prezident seçkiləri ilə bağlı nəticəni açıqlayıb.
AZXEBER.COM xəbər verir ki, Alyansın sədri Rufiz Qonaqov bildirib ki, Alyansın tərəf müqabili olan “Proqnoz” Müstəqil Sosioloji Tədqiqatlar Mərkəzinin nəticələrinə görə olan səslər:
Yeni Azərbaycan Partiyasının sədri, hazırkı Prezident İlham Əliyev – 83,89 %
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev – 1,3 %
Milli Şuranın vahid namizədi Cəmil Həsənli – 8,20%
Ədalət Partiyasının sədri İlyas İsmayılov – 0,95
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev – 0,79 %
Ümid Partiyasının sədri İqbal Ağazadə -1,88 %
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu – 0,67%
Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə - 0,71 %
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev – 0,63%
Müstəqil namizəd Zahid Oruc – 0,98%