Exit-Poll: Putin seçkilərdə qalib gəlib - 58,3 %

Exit-Poll: Putin seçkilərdə qalib gəlib - 58,3 %
Bütün Xəbərlər
21:05 04.03.2012
1383

Rusiyada prezident seçkiləri yekunlaşıb.

AZXEBER.COM-un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, exit-poll seçkilərin ilkin nəticəsini açıqlayıb. Exit-Pollun səsverməsinə görə, hazırki baş nazir Vladimir Putin səslərin 58,3 %-ni qazanıb və seçkidə qalib gəlib. Qeyd edək ki, Rusiyada dövlət başçısı vəzifəsi uğrunda 5 namizəd - "Vahid Rusiya" partiyasından Vladimir Putin, RF Kommunist Partiyasının sədri Gennadi Züqanov, “Ədalətli Rusiya” partiyasının sədri Sergey Mironov, Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski və müstəqil namizəd Mixail Proxorov mübarizə aparır.

OXŞAR XƏBƏRLƏR