Çexiya parlamenti Xocalı faciəsi ilə bağlı qətnamə qəbul edib

Çexiya parlamenti Xocalı faciəsi ilə bağlı qətnamə qəbul edib
Bütün Xəbərlər
13:05 19.02.2013
1367

Çexiya parlamentinin Deputatlar Palatasının Xarici əlaqələr komitəsi Xocalı faciəsi ilə bağlı qətnamə qəbul edib.

AZXEBER.COM-un verdiyi xəbərə görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev deyib.“Sənəddə Xocalı faciəsinin 21-ci ildönümü anılır. Bundan başqa komitə həmin gün müdafiəsiz əhaliyə qarşı törədilən qətliamı, soyqırımını pisləyib” - deyə, E.Abdullayev qeyd edib.

XİN rəsmisi bildirib ki, sənəddə Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyü və süverenliyi dəstəklənib. Onun sözlərinə görə, bu, Xocalı soyqırımı ilə bağlı müxtəlif ölkələrin parlamentləri tərəfindən qəbul edilən sayca 6-cı qətnamədir.

OXŞAR XƏBƏRLƏR