Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açıldı

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açıldı
SOSİAL
11:19 08.10.2026
95
Azərbaycanın "Gilavar Foto Klubu” İctimai Birliyi BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi "minasız dünya” məqsədinin elan edilməsi üçün başlatdığı beynəlxalq kampaniyanı 2026-cı il oktyabrın 7-də Çexiyanın ikinci böyük şəhəri - Brnoda davam etdirib.
 
AZXEBER.COM xəbər verir ki, Çexiya azərbaycanlılarının "Land of Fire” diaspor təşkilatının tərəfdaşlığı ilə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair Brnoda ekspozisiya açılıb.

Ekspozisiyada Ermənistanın mina müharibəsindən zərər çəkmiş azərbaycanlıların həyat hekayələrini, mina partlayışlarının ağır nəticələrini özündə əks etdirən sənədli fotoşəkillər yer alıb. 

Ziyarətçilərə məlumat verilib ki, işğal dövründə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən mina ilə kəskin çirkləndirilməsi və qarşı tərəfin səhih mina xəritələrini hələ də təqdim etməməsi azərbaycanlarının doğma yurd yerlərinə təhlükəsiz qayıdışı üçün ən böyük maneələrdən biridir.  Qeyd olunub ki, sülhə sadiqliyin əməli ifadəsi, qarşılıqlı etimadın möhkəmləndirilməsi üçün Ermənistan humanitar məsuliyyət nümayiş etdirməli, real mina xəritələrini gizlətməməlidir. 
Brno ekspozisiyasında o da vurğulanıb ki, mina problemi və itkinlər məsələsi bir-biri ilə sıx bağlıdır, hər ikinin əsas hədəfi dinc insanlardır. Belə ki, işğaldan azad edilmiş ərazilərdə indiyədək 32 kütləvi məzarlıq aşkar olunub, insan qalıqları üzərində aparılmış ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını təsdiqləyib.  

"Gilavar” Foto Klubu Azərbaycanın QHT Agentliyinin və Qarabağ Dirçəliş Fondunun ANAMA-nın tərəfdaşlığı ilə birgə elan etdiyi "Mina və partlamamış hərbi sursatlar probleminə dair təşəbbüslər” qrant müsabiqəsinin 2026-cı il üzrə qalibidir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Abşeron xəstəxanasının baş həkiminin müavini bıçaqlandı
11:58 08.10.2026
Abşeron xəstəxanasının baş həkiminin müavini bıçaqlandı
İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak etdi - FOTOLAR
11:43 08.10.2026
İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak etdi - FOTOLAR
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir"
11:40 08.10.2026
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir"
Paşinyan: MDB sammitində Azərbaycan və Rusiya liderləri ilə təmaslarımız olacaq
11:38 08.10.2026
Paşinyan: MDB sammitində Azərbaycan və Rusiya liderləri ilə təmaslarımız olacaq
"Azad edilmiş ərazilərin bərpasına qardaş dəstəyi bizim üçün xüsusi əhəmiyyət daşıyır"
11:34 08.10.2026
"Azad edilmiş ərazilərin bərpasına qardaş dəstəyi bizim üçün xüsusi əhəmiyyət daşıyır"
Qaradağda 23 kiloqramdan artıq narkotik vasitə aşkarlandı
11:28 08.10.2026
Qaradağda 23 kiloqramdan artıq narkotik vasitə aşkarlandı
Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açıldı
11:19 08.10.2026
Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açıldı
Prezident: Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir
11:17 08.10.2026
Prezident: Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək
11:15 08.10.2026
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək
Qırğızıstan Prezidenti: Mərkəzi Asiya və Azərbaycan vahid turizm məkanı formalaşdırmalıdır
11:14 08.10.2026
Qırğızıstan Prezidenti: Mərkəzi Asiya və Azərbaycan vahid turizm məkanı formalaşdırmalıdır
"Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"
11:14 08.10.2026
"Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"
Bu marşrutlarının hərəkət sxemi dəyişdirildi
11:12 08.10.2026
Bu marşrutlarının hərəkət sxemi dəyişdirildi
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib"
11:11 08.10.2026
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib"
Sadır Japarov: Azərbaycanın sədrliyi əməkdaşlığımıza yeni təkan verəcək
11:09 08.10.2026
Sadır Japarov: Azərbaycanın sədrliyi əməkdaşlığımıza yeni təkan verəcək
Prezident: Azad edilmiş ərazilərin bərpasına qardaş dəstəyi bizim üçün xüsusi əhəmiyyət daşıyır
11:07 08.10.2026
Prezident: Azad edilmiş ərazilərin bərpasına qardaş dəstəyi bizim üçün xüsusi əhəmiyyət daşıyır
"Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"
11:06 08.10.2026
"Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"