Çexiyanın Azərbaycandakı yeni səfirinin adı açıqlanıb

SİYASƏT
13:36 03.01.2014
1261
Vitezslav Pivonka (Vitezslav Pivonka) Çexiyanın Azərbaycandakıl yeni səfiri tıəyin olunub.

Çexiyanın Azərbaycandakı səfiri kimi səlahiyyətlərini başa vuran Radek Matula APA-ya bildirib ki, V. Pivonka Bakıya yanvar ayının sonunda gələcək.

V. Pivonka Çexiya XİN strukturunda 1999-cu ildən çalışır. 2002-2005-ci illərdə Çexiyanın Slovakiyanın Koşitsa şəhərindəki baş konsulu vəzifəsini icra edib, 2006-cı ildən 2011-ci ilə kimi isə Çexiyanın Ukraynadakı səfirinin müavini olub.

Qeyd edək ki, R. Matula səlahiyyətlərini artıq başa vurur, bununla əlaqədar Azərbaycan prezidenti İlham Əliyev ötən il dekabrın 16-da onu qəbul edib. R. Matula 5 il müddətində ölkəsinin Azərbaycandakı səfiri olub.

OXŞAR XƏBƏRLƏR