Əxlaqsızlığa görə tutulan 85 yaşlı kişi molladır?

Əxlaqsızlığa görə tutulan 85 yaşlı kişi molladır?
SOSİAL
23:57 18.04.2025
1007
"Sosial şəbəkələrdə cinsi zorakılıqda təqsirləndirilən və Naxçıvan kəndlərindən birində mollalıq etdiyi bildirilən, 1940-cı il təvəllüdlü şəxsin guya molla və ya din xadimi olması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir".

AZXEBER.COM xəbər verir ki, bu barədə "Nuhçıxan" İnformasiya Agentliyinə açıqlamasında Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şuranın sədri Əli Orucov bildirib.

Onun sözlərinə görə, həmin şəxs nə Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin, nə də Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şuranın qeydiyyatında olan hər hansı dini icmanın üzvüdür.

"Buna görə də onun din xadimi kimi təqdim olunması tamamilə əsassızdır", - deyə Əli Orucov vurğulayıb.
OXŞAR XƏBƏRLƏR