Eybəcər geylər sərxoş Bakı sakinini soyublar

Eybəcər geylər sərxoş Bakı sakinini soyublar
Bütün Xəbərlər
17:25 12.09.2014
2467
“Eybəcər qadın yoxdu, yetərincə içkili olmayan kişilər var”.
Ötən gecə Binəqədi rayon Polis İdarəsinin əməkdaşları üçün sakit keçməyib. Rayon polis İdarəsinin 6-cı bölməsinə Oğuz rayon sakini, 1990-cı il təvəllüdlü Samir Mürvətov müraciət edib və göstərib ki, o sentyabr ayının 11-də qarət edilib.
AZXEBER.COM xəbər verir ki, bu barədə Vesti.Az-a Binəqədi rayon polis idarəsində bildiriblər.
Zərərçəkənin sözlərinə görə, o yeyib-içəndən sonra gecə saat birdə Biləcəri qəsəbəsində Bakı Beynəlxlaq avtovağzalın yanında dayanıb 20 yanvar metrosuna getmək üçün taksi gözləyirdi. Bu zaman onun yanında Chevrolet markalı maşın dayanır. Avtomobilin sükanı arxasında və ön oturacaqda qadınlar oturmuşdu. “Niyə də yox?” düşünən Mürvətov maşına əyləşib.
Amma sonradan isə onların qadın deyil, qadın geyimində olan kişi olduğunu anlayıb. Bir neçə dəqiqədən sonra sürücü Biləcəri qəsəbəsinə dönüb və Mürvətova cinsi əlaqə təklif edib. Mürvətov etiraz edib. Bu zaman geylər onu, bıçaqla hədələyərək üstündə olan 500 manatı alıblar. Sonra isə onu maşından düşürüb gediblər.
Mürvətov sərxoş olmağına baxmayaraq maşının nömrəsini yadında saxlayıb. Baş verənlərdən həmən sonra polisə müraciət edib. İlkin istintaq zamanı avtomobilin kimə məxsus olduğu müəyyən edilib. Bu Sumqayıt sakinidir. Amma həmin gün sükan arxasında onun gey dostu olub. Əməliyyatçılar onun kimliyini müəyyən edib bölməyə gətiriblər.
“Saxlanılan şəxs isə bəyan edib ki, o heç vaxt qadın paltarı geyinmir, çünki o trans yox, geydir. Uzun saçlara gəldikdə isə bu onun öz saçları olduğunu deyib. Gey o qədər eybəcərdir ki, onu qadınla səhv salmaq mümkün deyil. Yəqin ki, Mürvətov “Eybəcər qadın yoxdur kifayət qədər içkili olmayan kişi var” misalının çəkildiyi vəziyyətdə olub. Saxlanılan şəxs sərnişindaşıma ilə məşğul olmayıb. Həmin gecə geylər, müştəri ovuna çıxıblarmış”, - polisdə bildirilib.
Polisləri güldürən isə Mürvətovun dalınca bölməyə gələn dostlarının onu məsxərəyə qoyub heç olmasa qadınla tutulaydın geylərlə yox, özü də bu qədər eybəcərləri ilə demələri olub.
İşin materialları polisdə qeyd edildiyi kimi istintaq şöbəsinə verilib. Qeyd edək ki, Mürvətovdan 500 manatın alınması faktı sübut edilməyib.
OXŞAR XƏBƏRLƏR