Eynulla Fətullayev ‘Amnesty İnternational’ı ifşa etdi - BƏYANAT

Eynulla Fətullayev ‘Amnesty İnternational’ı ifşa etdi - BƏYANAT
Bütün Xəbərlər
12:10 22.01.2013
1134

“Bir dəfə soruşmuşam - dedilər ianələrdi. Fəqət bu ianələri verən kimlərdi?

Hüquq müdafiəçisi Eynulla Fətullayev “Amnesty İnternational” beynəxlaq təşkilatının onunla əməkdaşlığa son qoyması ilə bağlı qərarına münasibət bildirib.

AZXEBER.COM-un məlumatına görə, Eynulla Fətullayev ötən gün Facebook səhifəsində bu barədə ətraflı məlumat verib. O “Amnesty İnternational” beynəxlaq təşkilatının onunla əməkdaşlığa son qoymasını yazdığı bəyanatla aydınlıq gətirib:

“Bu bəyanat Amnesty-nin özü üçün çox təhlükəli bir presedentə çevrildi. Artıq tənqidə icazə verilməyən dövlətlərin dairəsi cızılır və bu beynəlxalq hüquq-müdafiə hərəkatı üçün ciddi bir siqnaldır. Belə çıxır ki, Qərb dövlətlərini tənqid etmək olmaz və onlar toxunulmazdır. Lakin bugünkü prezentasiyada mən deyil, Almaniya polisi tərəfindən böyük təzyiqlərə, həbslərə və təhdidlərə məhkum edilən Frankfurt Occupy hərəkatının təmsilçiləri və liderləri, Almaniya xüsusi xidmət orqanları tərəfindən qətlə yetirilən türklərin liderləri, Beynəlxalq Media İnstitutununun təmsilçiləri, ATƏT-in nümayəndələri danışırdı. Həbsdə olarkən, Amnesty İnternational təşkilatı mənə misilsiz kömək edib. Bu təşkilata mənən borcluyam. Və yalnız bunu nəzərə alaraq onlarla Almaniya ilə bağlı hesabat ətrafında olan yazışmaları açıqlamayacam. Amma bu bəyanatı sifarişli və tənqiddən kənar dövlətlərin immunitetini qorumaq məqsədilə yayılan bəyanat kimi qiymətləndirirəm. Mənə bu tədbirlə bağlı çox nüfuzlu avropalılar müraciət etmişdi, lakin mən düz bildiyim işdən geri dönmürəm. Maliyyə məsələlərinə qalanda, bunlar bizm saytda şəffaf göstərilib. Bütün Fondlardan aldığım qrant layihələrinin siyahısı göz önündədir. Digər tərəfdən, mən Amnesty-dən maliyyə qaynaqlarını açmağa tələb edə bilərəm. Bir dəfə soruşmuşam - dedilər ianələrdi. Fəqət bu ianələri verən kimlərdi? Almaniyada olarkən təşkilatın Berlin ofisinin nümayəndəsi könüllü olaraq bizə müsahibə verib və Alman polisinin özbaşınalıqlarından bəhs edib. Kim Amnesty-nin nümayəndəsi Aleksandr Boşu Almaniyanı tənqid edən müsahibəni verməyə və bu səpgili bəyanatla çıxış etməyə təhrik etmişdi? Hesab edirəm ki, bu bəyanat səhv bir addım oldu və təşkilatın bir çox dövlətlərdə monitorinqinə zərbə vuracaq. Sual olunacaq - Siz niyə Almaniyada monitorinqin aparılmasının əleyhinəsiz? Onda bizi niyə yoxlayırsız?" Eynulla Fətullayev cavabında bildirib. Qeyd edək ki, Eynulla Fətullayev 2009-cu ildə Amnesty tərəfindən "təhlükədə olan jurnalistə" mükafatı ilə təltif olunub.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Braziliyada təyyarə yaşayış binasına çırpılıb
05:29 04.04.2026
Braziliyada təyyarə yaşayış binasına çırpılıb
KİV: ABŞ və İran arasında atəşkəs səyləri çıxılmaz vəziyyətə düşüb
03:20 04.04.2026
KİV: ABŞ və İran arasında atəşkəs səyləri çıxılmaz vəziyyətə düşüb
Hörmüz Boğazında qalan türk gəmilərinin vəziyyəti açıqlanıb
02:46 04.04.2026
Hörmüz Boğazında qalan türk gəmilərinin vəziyyəti açıqlanıb
“TikTok”a video yükləyərkən xəbərdarlığa məhəl qoymayanları nə gözləyir? - VİDEO
01:04 04.04.2026
“TikTok”a video yükləyərkən xəbərdarlığa məhəl qoymayanları nə gözləyir? - VİDEO
Əraqçi və Fidan İrana hücumları müzakirə ediblər
00:42 04.04.2026
Əraqçi və Fidan İrana hücumları müzakirə ediblər
Taksi ilə bağlı son qərarlar gediş haqlarına təsir göstərəcək? - VİDEO
00:20 04.04.2026
Taksi ilə bağlı son qərarlar gediş haqlarına təsir göstərəcək? - VİDEO
NDU-da yeni təyinat
23:55 03.04.2026
NDU-da yeni təyinat
Xaricdə təhsil arzusu kabusa çevrildi: Ödənilən pullar geri qaytarılmır - İDDİA - VİDEO
23:48 03.04.2026
Xaricdə təhsil arzusu kabusa çevrildi: Ödənilən pullar geri qaytarılmır - İDDİA - VİDEO
"Qarabağ" – "Sabah" matçında Premyer Liqanın tamaşaçı rekordu yenilənib
23:42 03.04.2026
"Qarabağ" – "Sabah" matçında Premyer Liqanın tamaşaçı rekordu yenilənib
Azərbaycanla Şimali Kipr arasında təhsil sahəsində əməkdaşlıq müzakirə edilib
23:39 03.04.2026
Azərbaycanla Şimali Kipr arasında təhsil sahəsində əməkdaşlıq müzakirə edilib
Müəllimlərin əməkhaqları yenidən arta bilər - YENİ TƏKLİF - VİDEO
23:29 03.04.2026
Müəllimlərin əməkhaqları yenidən arta bilər - YENİ TƏKLİF - VİDEO
Gürcüstanda dəhşətli qətl: Təzə evlənən azərbaycanlı gənci qisas üçün öldürdülər - YENİ DETALLAR
23:24 03.04.2026
Gürcüstanda dəhşətli qətl: Təzə evlənən azərbaycanlı gənci qisas üçün öldürdülər - YENİ DETALLAR
Pezeşkian: Azərbaycan hökumətinin göstərdiyi dəstəyi yüksək qiymətləndirirəm
23:20 03.04.2026
Pezeşkian: Azərbaycan hökumətinin göstərdiyi dəstəyi yüksək qiymətləndirirəm
Kaşuk “Sabah”a keçir? - Qurban Qurbanovdan açıqlama
23:07 03.04.2026
Kaşuk “Sabah”a keçir? - Qurban Qurbanovdan açıqlama
Bu avtobuslar ləngiyə bilər
22:59 03.04.2026
Bu avtobuslar ləngiyə bilər
Trampın müharibə ilə bağlı mövqeləri üst-üstə düşmür - Ekspert
22:41 03.04.2026
Trampın müharibə ilə bağlı mövqeləri üst-üstə düşmür - Ekspert