Dünən facebook sosial şəbəkəsində “Azad söz” səhifəsi adından jurnalist və hüquq müdafiəçisi Eynulla Fətullayevə qarşı təxribat törədilib. Belə ki, hüquq müdafiəçisinin adından uydurma və böhtan xarakterli status yayılıb.
E.Fətullayev bununla bağlı bu gün facebook inzibatçılarına müraciət edib. Bundan əlavə, jurnalsit bəyan edib ki, bu böhtançı materialın müəllifinin cəzalandırılması üçün hüquq-mühafizə orqanlarına müraciət etmək barədə düşünür.