Eynulla-Mirşahin debatı yenə baş tutmadı

Eynulla-Mirşahin debatı yenə baş tutmadı
MEDİA
22:20 19.09.2011
2248
ANS-in “Açıq söhbət” verilişinin sabaha planlaşdırılan çəkilişi baş tutmayıb. Bu barədə “Qafqazinfo”ya telekanaldan məlumat daxil olub. Məlumatda bildirilir ki, bu çəkilişdə telekanalın vitse-prezidenti Mirşahin Ağayevlə “İnsan Haqları Uğrunda” İctimai Hərəkatın sədri Eynulla Fətullayev üz-üzə gəlməli imiş. Bildirilir ki, hətta bununla bağlı tərəflərin razılığı alınıb. Proqramda M. Ağayev E. Fətullayevin xalqdan üzr istəməli olması barədə, E. Fətullayev isə əks arqumetnlərlə çıxış etməli imiş. Amma son anda – bu gün E. Fətullayevin verilişə çəkilişdən imtina etdiyi bildiriılir.
OXŞAR XƏBƏRLƏR