"Əzəli torpaqlarımızda bayrağımız dalğalanacaq" - Mədət Quliyev

"Əzəli torpaqlarımızda bayrağımız dalğalanacaq" - Mədət Quliyev
SİYASƏT
21:15 08.11.2018
6308
Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) Azərbaycanın Dövlət Bayrağının qəbul edilməsinin 100 illiyinə və 9 noyabr - Dövlət Bayrağı gününə həsr olunmuş tədbir keçirilib.

DTX-nin İctimai əlaqələr şöbəsindən AZXEBER.COM-a verilən məlumata görə, dövlət himninin səsləndirilməsi ilə başlayan tədbiri Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyev giriş sözü ilə açaraq, şəxsi heyəti bu əlamətdar gün münasibətilə təbrik edib, Dövlət Bayrağının hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi, müstəqil dövlətimizin şərəfi, qüdrəti olduğunu və gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında böyük rol oynadığını bildirib.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi qeyd edib ki, müasir Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və əvəzsiz səyləri ilə Azərbaycan Xalq Cümhuriyyətinin ülvi yadigarı, 1990-cı ilin noyabrında Naxçıvan Muxtar Respublikasında ikinci dəfə təsdiq edilmiş üçrəngli Dövlət Bayrağı rəsmi dövlət rəmzi olmaqla yanaşı, milli həmrəyliyin, azərbaycançılıq məfkurəsinin ətrafında bütün vətənpərvər soydaşlarımızın sıx birləşməsinin başlıca amillərindəndir. Bildirilib ki, möhtərəm Prezident Zati-aliləri cənab İlham Əliyev tərəfindən böyük uzaqgörənliklə Dövlət Bayrağı Gününün təsis edilməsi, dövlətimizin başçısının bilavasitə rəhbərliyi və iştirakı ilə paytaxt Bakıda və respublikanın bölgələrində Dövlət Bayrağının vüqarla dalğalanması üçün yaradılmış möhtəşəm meydanlar, muzeylər və komplekslər qəlbi hər zaman Azərbaycanla döyünən vətəndaşların qürur, and və milli özünüdərk yeridir.

General-polkovnik Mədət Quliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə Dövlət Bayrağının Azərbaycanın bütün tarixi və əzəli torpaqlarında daim zirvələrdə dalğalanacağını bildirərək, şəxsi heyətə Vətənin zəfərləri və qüdrətlənməsi naminə xidmətdə müvəffəqiyyətlər arzulayıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kartdan-karta köçürmələr niyə pullu olur? - İqtisadçı açıqladı
12:43 14.10.2026
Kartdan-karta köçürmələr niyə pullu olur? - İqtisadçı açıqladı
Evinizin divarları nəmlənir? – Çıxış yolu BUDUR
12:33 14.10.2026
Evinizin divarları nəmlənir? – Çıxış yolu BUDUR
“Analar deyirdilər ki, “Mənim övladımın hekayəsidir” - Ceyhun Osmanlı
12:22 14.10.2026
“Analar deyirdilər ki, “Mənim övladımın hekayəsidir” - Ceyhun Osmanlı
“Unibank” üçüncü rübün maliyyə nəticələrini açıqladı
12:10 14.10.2026
“Unibank” üçüncü rübün maliyyə nəticələrini açıqladı
Ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən edildi
12:00 14.10.2026
Ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən edildi
Kartdan karta köçürmələrdə komissiya tutulacaq - Bu tarixdən
11:55 14.10.2026
Kartdan karta köçürmələrdə komissiya tutulacaq - Bu tarixdən
Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi
11:51 14.10.2026
Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi
Türkiyədə “Halk TV” telekanalına qarşı əməliyyat keçirildi, saxlanılanlar var
11:39 14.10.2026
Türkiyədə “Halk TV” telekanalına qarşı əməliyyat keçirildi, saxlanılanlar var
İranda xarici mediaya məlumat ötürən şəxs edam edildi
11:33 14.10.2026
İranda xarici mediaya məlumat ötürən şəxs edam edildi
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
11:19 14.10.2026
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
“Ermənistanla Azərbaycan arasında anklav və eksklavlar olmamalıdır”
11:17 14.10.2026
“Ermənistanla Azərbaycan arasında anklav və eksklavlar olmamalıdır”
"Qarabağ və Şərqi Zəngəzurda 600 hektar meşə fondu bərpa olunub"
10:57 14.10.2026
"Qarabağ və Şərqi Zəngəzurda 600 hektar meşə fondu bərpa olunub"
Dövlət başçısı: 300 min hektardan çox ərazi minalardan və partlayıcı sursatdan təmizlənib
10:54 14.10.2026
Dövlət başçısı: 300 min hektardan çox ərazi minalardan və partlayıcı sursatdan təmizlənib
9 nəfər Azərbaycan vətəndaşı Qazaxıstanda təhsil alacaq
10:49 14.10.2026
9 nəfər Azərbaycan vətəndaşı Qazaxıstanda təhsil alacaq
İran və Türkiyədən informasiya hücumlarını qətiyyətlə pisləyirik - Açıqlama
10:45 14.10.2026
İran və Türkiyədən informasiya hücumlarını qətiyyətlə pisləyirik - Açıqlama
Tramp Qrenlandiyada genişmiqyaslı geoloji kəşfiyyat işlərinə başlandığını bildirib
10:34 14.10.2026
Tramp Qrenlandiyada genişmiqyaslı geoloji kəşfiyyat işlərinə başlandığını bildirib