'Əziz qubalılar, sizə müraciət edərək bildirirəm ki...' - AÇIQLAMA

Bütün Xəbərlər
19:32 01.03.2012
3038

“Azərbaycan vətəndaşının heysiyyatı və şərəfi ilə kimsə oynaya bilməz”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev deyib. O bildirib ki, həmin insan hətta öz içimizdən olacaqsa belə ən ağır cəzanı haqq edir. 

E.Musayev daha sonra qeyd edib ki,bu fakt bir tək icra hakimlərinə deyil, gözü burnunun ucundan savayı heç nəyi və heç kimi görməyən hər kəsə aiddir: “Azərbaycan Prezidentinin etimadını bu şəkildə sarsıdan birinin aqibəti bu cür də olmalı idi”.“Əziz Qubalılara isə müraciət edərək bildirirəm ki, heç bir fitnə fəsada uymasınlar və bilsinlər ki bu dövlət bir tək Rauf Həbibovlardan ibarət deyil”,-deyə E. Musayev əlavə edib.
OXŞAR XƏBƏRLƏR