Əzizbəyov körpüsü hər an aşa bilər

Əzizbəyov körpüsü hər an aşa bilər
Bütün Xəbərlər
13:03 15.11.2011
1889
Körpüdə onlarla iri çat yaranıb, qadağanedici işarəyə baxmayaraq, yolötürücünün üstündə ağırtonnajlı avtomobillər hərəkət edir Paytaxtın müxtəlif yerlərində bir çox yol nəqliyyat qovşaqları var ki, onların girişində “Ağır yük avtomobillərinin hərəkəti qadağandır” sözləri yazılmış stendlər qoyulub. Bu plakatlar yeni körpülərlə yanaşı, əsasən köhnə və təhlükəli vəziyyətdə olan körpülərdə də quraşdırılır. Yüksək nəqliyyat intensivliyi müşahidə olunan və sözün əsl mənasında təhlükəli durumda olan bu cür körpülərdən biri də köhnə Əzizbəyov körpüsüdür.Qeyd etmək yerinə düşər ki, metronun "Əzizbəyov" stansiyasının yaxınlığında yerləşən bu körpü 2007-ci ildə ağır duruma düşmüşdü. 1973-cü ildən istismarda olan yolötürücünün armaturlarının çürüməsi və dayaq dirəklərinin deformasiyaya uğraması üzündən onun əsaslı təmirinə böyük ehtiyac yaranmışdı. Hətta memarlar və yol mütəxəssisləri həmin obyektin sökülməsini təklif etmişdilər. Fikirlərini onunla izah etmişdilər ki, sözügedən körpüyə tələbat həmişə olduğundan uzunmüddətli tıxaclar olan zaman onun üzərində çoxsaylı maşınların dayanması və ya hərəkəti zamanı uçma prosesinin reallaşması istisna deyil. Ancaq sökülmə əməliyyatına start verilməyib və dayaqlarda aparılan təmir işləri ilə məhdudlaşdırılıb.Yaxın günlərdə sözügedən ərazidən keçərkən burada da ağır yük avtomobillərinin hərəkətini qadağan edən plakatın olduğunu, amma buna baxmayaraq, buradan belə maşınların daim keçdiyini görmüşdük. Ona görə də məsələni yerində araşdırmaq məqsədilə əraziyə üz tutduq. Metrodan çıxıb köhnə körpüyə doğru gedirik. Körpünün qurtaracağındakı elə ilk çat nəzərimizi cəlb edir. Daha sonra təxminən 500 metr uzunluğu olan körpü boyu irəliləyirik. Bu zaman məlum olur ki, körpü hər 15-20 addımdan bir çatlaq vəziyyətdədir. Bu çatlar körpünün eninə doğru sıra ilə uzanıb gedir. Yolun yarısına çatanda artıq 15-dən çox çat qeyd eləmişdik. Bu vaxt yoldan keçən ağır tonnajlı yük avtomobilləri həmin çatların üstüylə hərəkət edərkən ayaqlarının altında körpünün tərpəndiyini çox aydın şəkildə hiss edirsən. Beləcə, çatları saya-saya gəlib çatırıq körpünün digər girişinə. Nə az, nə çox - düz 30 iri çat saydıq. Hələ xırda çatları demirik...Körpünün bu hissəsində yekə bir plakat quraşdırılıb. Üzərində isə belə yazılıb: “Ağır yük avtomobillərinin hərəkəti qadağandır”. Maksimal yükün çəkisi də göstərilib – 10 ton. Lakin ərazidə olarkən körpü üzərində 10 tondan dəfələrlə ağır yük maşınlarının necə intensiv hərəkət etdiyini görürük. İstənilən adam burada cəmi bir neçə dəqiqə ərzində ən azı 5-6 ağır yük avtomobilinin körpüdən keçməsini müşahidə edə bilər. Daha sonra körpünün altına düşürük. Vəziyyət həqiqətən də ürəkaçan deyil. Körpünün altında durarkən yuxarıdan keçən maşınları saymaq mümkündür. Ona görə ki, avtomobilin təkərləri yuxarıdakı çatlardan keçdikcə səs salır. Xüsusilə, ağır nəqliyyat vasitələri körpüdən keçdikdə, səs daha çox gəlir. Bu, bir növ qatar relsindən gələn səsi xatırladır...Vəziyyətdən də göründüyü kimi, köhnə Əzizbəyov körpüsü həqiqətən də təhlükəli durumdadır. Qadağalar qoyulmasına baxmayaraq, ağır yük avtomobilləri yenə də bu yoldan istifadə edirlər. Mütəxəssislər isə bunun günahını sürücülərdə görür. Çünki onlara avtomobili normadan artıq yükləməmək tapşırılsa da, buna əməl olunmur. “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev də məhz belə hesab edir: “Bu gün bir çox körpülər var ki, oradan ağır yük avtomobillərinin keçidi qadağandır. Biz bunların qarşısını ala bilmirik. Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli qərarına əsasən, Nəqliyyat Nazirliyinin səlahiyyətlərində olan, bu günə qədər bizim öhdəmizə düşən işləri etmişik, qarşımıza qoyulan işləri görmüşük. Lakin sürücülər yenə də bunlara əhəmiyyət verməyərək yollarına davam edirlər. Bununla da nəqliyyat vasitəsini normadan bir neçə dəfə artıq yükləyirlər ki, bu da körpüləri təhlükə altına qoyur”.Durumla əlaqədar Bakı Şəhər Yol Polisi İdarəsindən bildirdilər ki, ümumiyyətlə, gündüz saatlarında şəhərə ağır yük avtomobilləri buraxılmır. Gecə saat 12-dən sonra buna icazə verilir. Haqqında bəhs etdiyimiz körpünün vəziyyətinə gəldikdə isə, idarədən bildirdilər ki, bu məsələni diqqətdə saxlayacaqlar: “Günü sabah həmin əraziyə naryad cəlb edib körpünün vəziyyətilə yaxından tanış olacağıq”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İsrailin müdafiə naziri: Tehrandakı 10 nüvə obyekti bu gün məhv ediləcək
16:32 17.06.2025
İsrailin müdafiə naziri: Tehrandakı 10 nüvə obyekti bu gün məhv ediləcək
"Niyə məsuliyyətsiz, şüursuz, savadsız adamlar evlənir?" - Murad Arif dilə gəldi
16:28 17.06.2025
"Niyə məsuliyyətsiz, şüursuz, savadsız adamlar evlənir?" - Murad Arif dilə gəldi
Lerik və Gədəbəyə yeni prokurorlar təyin edilib
16:27 17.06.2025
Lerik və Gədəbəyə yeni prokurorlar təyin edilib
Çin lideri İsrailin İrana hücumlarından narahatdır
16:20 17.06.2025
Çin lideri İsrailin İrana hücumlarından narahatdır
Tanınmış fotoqraf qəfil vəfat etdi
16:17 17.06.2025
Tanınmış fotoqraf qəfil vəfat etdi
“Unibank” səhiyyə işçiləri üçün xüsusi kampaniya keçirir: 0 % komissiyalı kredit
15:46 17.06.2025
“Unibank” səhiyyə işçiləri üçün xüsusi kampaniya keçirir: 0 % komissiyalı kredit
“Skytrax” AZAL-ı yenidən Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti elan etdi
15:44 17.06.2025
“Skytrax” AZAL-ı yenidən Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti elan etdi
Qaraçuxurda narkokuryerlik edən şəxsdən 3 kq marixuana aşkarlandı
15:42 17.06.2025
Qaraçuxurda narkokuryerlik edən şəxsdən 3 kq marixuana aşkarlandı
ÜST: Qəzza xəstəxanalarında 2 milyon əhali üçün cəmi 1500 çarpayı var
15:35 17.06.2025
ÜST: Qəzza xəstəxanalarında 2 milyon əhali üçün cəmi 1500 çarpayı var
Xalq artisti Fidan Qasımovanın doğum günüdür
15:33 17.06.2025
Xalq artisti Fidan Qasımovanın doğum günüdür
Bu şənbə rəsmi iş günüdür
15:18 17.06.2025
Bu şənbə rəsmi iş günüdür
"Bakı–Qazax qatar biletlərinin qiymətində xoşagələn vəziyyət yoxdur" - O pula Budapeştdən Vyanaya getmək olar (RƏY)
15:10 17.06.2025
"Bakı–Qazax qatar biletlərinin qiymətində xoşagələn vəziyyət yoxdur" - O pula Budapeştdən Vyanaya getmək olar (RƏY)
Kreml: Moskva İrandan rusiyalıların təxliyəsində göstərdiyi köməyə görə Bakıya minnətdardır
14:55 17.06.2025
Kreml: Moskva İrandan rusiyalıların təxliyəsində göstərdiyi köməyə görə Bakıya minnətdardır
"Haber Global": "Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq hədəfə alınır"
14:53 17.06.2025
"Haber Global": "Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq hədəfə alınır"
Naftalanda Qərbi Azərbaycan ziyalıları ilə görüş keçirilib - FOTOLAR
14:37 17.06.2025
Naftalanda Qərbi Azərbaycan ziyalıları ilə görüş keçirilib - FOTOLAR
Azərbaycandan İsrail rəhbərliyinə - Mesaj
14:34 17.06.2025
Azərbaycandan İsrail rəhbərliyinə - Mesaj