"Fənər"ə çempionluq gətirən qələbə (VİDEO)

İDMAN
04:35 23.05.2011
2130

Bu oyunlardan daha çox maraq doğuranı "TT Arena"da keçirilib. "Qalatasaray" cəza səbəbindən "Konyaspor"u boş tribunalar önündə qəbul edib. "Aslan" oyunun taleyini iki qolla həll edib və mövsümü qələbə ilə başa vurub.

İkinci oyun günündə isə 4 qarşılaşma keçirilib. Günün maraq doğuran matçlarından biri "Qaziantepspor"la "Beşiktaş" arasında olub. Görüş sürətli başlasa da, tərəflər fərqlənə bilməyib və oyun başlandığı kimi də qolsuz yekunlaşıb.

"Bursaspor" isə cəza səbəbindən azarkeşsiv və tərəfsiz meydanda "Gənclərbirliyi"ni qəbul edib. Oyuna yaxşı başlayan bursalılar ilk hissədə hesabı açıblar. Sonadək üstünlüyünü qoruyan "Bursaspor" yekunda qələbə qazanıb və mövsümü 3-cü pillədə yekunlaşdırıb.

Mövsümün son matçları isə dünən keçirilib. "Fənərbaxça" səfərdə "Sivasspor"la qarşılaşıb. Matça fəal başlayan "sarı-lacivərdlilər" ilk dəqiqələrdə hesabı açıblar. Ancaq sivaslılar çox keçmədən bu qola cavab veriblər. "Fənər" isə fasiləyədək daha bir qol vurub və üstünlüyü yenidən ələ keçirib. İkinci hissədə daha iki qol vuran qonaqlar "Sivasspor"a yalnız bir dəfə fərqlənmək imkanı yaradıb və qələbə qazanaraq tarixindəki 18-ci Türkiyə çempionluğunu bayram edib.

Səfərdə "Karabükspor"la qarşılaşan "Trabzonspor" da qələbə qazanıb və "Fənər"lə eyni xala sahib olub, ancaq şəxsi görüşdəki üstünlüyə görə "Fənərbaxça" çempion adını qazanıb.

Türkiyə Super liqası
34-cü tur



22 may

"Eskişehirspor" - "Kasımpaşa" - 4:0
Qollar: Serdar, 5; 80; 85. Anqelo, 59.

"Karabükspor" - "Trabzonspor" - 0:4
Qollar: Egemen, 18. Jaja, 57. Umut Bulut, 61; 73.

"Sivasspor" - "Fənərbaxça" - 3:4
Qollar: Navratil, 20. Erman, 65; 90 - Santos, 6. Selçuk, 41. Aleks, 51. Yobo, 67.

21 may

"Ankaragücü" - "Antalyaspor" - 2:3
Qollar: Raynoç, 47. Bednar, 56 - Tita, 3. Necati, 13; 44-pen.

"Bucaspor" - "Kayserispor" - 3:3
Qollar: Mendi, 15. Özgen, 50. İncəbacak, 58 - Boyraz, 8. Santana, 12. Morits, 80.

"Qaziantepspor" - "Beşiktaş" - 0:0

"Bursaspor" - "Gənclərbirliyi" - 1:0
Qol: Volkan Şən, 32.

20 may

"Qalatasaray" - "Konyaspor" - 2:0
Qollar: Kazım Kazım, 11. Emanuel Kulyo, 15

"İstanbul BB" - "Manisaspor" - 0:0

/// PREMYERLIQA.AZ

 

OXŞAR XƏBƏRLƏR