Fərəc Quliyev: “Müxalifət anlamalıdır ki, SSRİ dönəmində tətbiq edilən metodlar müstəqillik illərində tətbiq edilə bilməz" (EKSKLÜZİV)

Fərəc Quliyev: “Müxalifət anlamalıdır ki, SSRİ dönəmində tətbiq edilən metodlar müstəqillik illərində tətbiq edilə bilməz" (EKSKLÜZİV)
Bütün Xəbərlər
21:05 31.03.2011
1908
- Bəzi millət vəkilləri Azərbaycanda soyqırım muzeyinin yaradılması ilə bağlı təkliflər irəli sürürlər. Sizin bu təklifə münasibətiniz necədir?

- Təbii, ki muzeyin yaradılması o demək deyil ki, insanlar bura ancaq ağlamağa gələcəklər. Bu muzeyin yaradılması sırf erməni vəhşiliyinin dünya ictimaiyyətinə çatdırılmasında böyük rol oynayacaq. Düşünürəm ki, bu muzeyə gələn insanların mübarizəyə duyğusal yox, elmi yanaşması daha məqsədəuyğundur. 


- Sizcə bununla bağlı Milli Məclisdə qanun niyə qəbul olunmur? Millət vəkili Sabir Rüstəmxanlı deyir ki, məsələ 15 ildir müzakirə olunur, amma nəticə yoxdur.

- Bu məsələyə baxılır. Mənim nəsə deməyim artıq olar. Təbii ki, mən də bu məsələnin tezliklə həllinin tərəfdarıyam.

- Son zamanların ən aktual məsələlərindən biri də korrupsiyaya qarşı mübarizədir. Sizcə bu mübarizənin nəticəsi necə olacaq?

- Korrupsiyaya qarşı mübarizə 1-2 günlük iş deyil. Hökümətin hesabatını tənqid edəndə demişdim ki, korrupsiya Azərbaycanda var, bu faktdır. Hazırda korrupsiyaya qarşı mübarizədə xeyli irəliləyişlər var. Bunu görməmək haqsızlıq olar. Təbii ki, bu məsələ belə qısa zamanda həll edilə bilməz. Əgər korrupsiyaya qarşı mübarizə davamlı şəkildə həyata keçirilsə, problem tam şəkildə aradan qalxacaq.

- İctimai Palataya daxil olan partiyalar 2 aprel tarixində icazəsiz aksiya keçiriləcəklərini bildiriblər. Bu haqda nə deyə bilərsiniz?

- Ümumiyyətlə onların hansı məsələ ilə bağlı mitinq keçirməsi məni heç maraqlandırmır. Ümumi olaraq onu deyə bilərəm ki, Azərbaycanın milli maraqlarına zidd olan bütün hadisələrin qarşısında durmalıyıq. Bizim təşkilat heç vaxt İctimai Palatanın toplantısına qatılmayıb. Biz təşkilat olaraq da bunun əlehinəyik.

- Bəzi mənbələr İctimai Palatanın “Soros” fondu tərəfindən maliyələşdirildiyini, Azərbaycanda sabitliyin pozulması üçün xarici qüvvələrin burada əlinin olduğunu yazır. Sizcə bu inandırıcıdırmı?

 - Mən ümumiyyətlə, inqilabların tərəfdarıyam. Ancaq bu inqilabların meydanlarda yox, beyinlərdə olmasını istərdim. Amma gəlin unutmayaq ki, indi Sovet dövrü deyil. Muxalifət anlamalıdır ki, SSRİ dönəmində tətbiq edilən metodları müstəqillik illərində tətbiq edilə bilməz.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu il qəbul imtahanlarında ballar yüksələcək? - VİDEO
01:17 07.03.2026
Bu il qəbul imtahanlarında ballar yüksələcək? - VİDEO
Kerolayn Livitt: İrana qarşı əməliyyat 4-6 həftə davam edə bilər
00:39 07.03.2026
Kerolayn Livitt: İrana qarşı əməliyyat 4-6 həftə davam edə bilər
İranın Azərbaycandakı səfiri Prezident İlham Əliyevə təşəkkür edib
00:23 07.03.2026
İranın Azərbaycandakı səfiri Prezident İlham Əliyevə təşəkkür edib
Azərbaycanın Tehrandakı Səfirliyinin əməkdaşları İrandan təxliyə olunur
00:22 07.03.2026
Azərbaycanın Tehrandakı Səfirliyinin əməkdaşları İrandan təxliyə olunur
Azərbaycanda bu şəxslərə bayramla əlaqədar pul verildi - Məbləğ
00:12 07.03.2026
Azərbaycanda bu şəxslərə bayramla əlaqədar pul verildi - Məbləğ
İran Naxçıvanı vurduğunu necə ört-basdır edir? - Səfirlə gərgin MÜSAHİBƏ
00:05 07.03.2026
İran Naxçıvanı vurduğunu necə ört-basdır edir? - Səfirlə gərgin MÜSAHİBƏ
Ağ Şəhər metrosu nə vaxt təhvil veriləcək? - VİDEO
23:55 06.03.2026
Ağ Şəhər metrosu nə vaxt təhvil veriləcək? - VİDEO
Azərbaycanda ictimai xadimin həyatına sui-qəsd planının hazırlandığı üzə çıxıb
23:44 06.03.2026
Azərbaycanda ictimai xadimin həyatına sui-qəsd planının hazırlandığı üzə çıxıb
SEPAH-ın Bakı–Tbilisi–Ceyhan neft boru kəmərində planlaşdırdığı terror aktı ifşa olunub
23:42 06.03.2026
SEPAH-ın Bakı–Tbilisi–Ceyhan neft boru kəmərində planlaşdırdığı terror aktı ifşa olunub
Slovakiya Prezidenti: İranın Naxçıvana hücumunu qətiyyətlə pisləyirik
23:39 06.03.2026
Slovakiya Prezidenti: İranın Naxçıvana hücumunu qətiyyətlə pisləyirik
Leyla Əliyeva şəhid anaları ilə iftar süfrəsində - Fotolar
23:24 06.03.2026
Leyla Əliyeva şəhid anaları ilə iftar süfrəsində - Fotolar
Bu kolleclərə yeni direktor müavinləri təyin edildi
23:13 06.03.2026
Bu kolleclərə yeni direktor müavinləri təyin edildi
Masallıda tüfənglə insident törədən şəxs saxlanıldı
23:02 06.03.2026
Masallıda tüfənglə insident törədən şəxs saxlanıldı
BMT baş katibinin sözçüsü: İranın Azərbaycana hücumundan narahatıq
23:00 06.03.2026
BMT baş katibinin sözçüsü: İranın Azərbaycana hücumundan narahatıq
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
22:58 06.03.2026
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
Azərbaycanın builki "Avroviziya" təmsilçisi açıqlandı
22:44 06.03.2026
Azərbaycanın builki "Avroviziya" təmsilçisi açıqlandı