Fərid Novruzi: "Bizi parlaq gələcək gözləyir”

GƏNCLİK
12:45 19.04.2011
5043

“Azərbaycanda brend markaların biznes olaraq inkişafı nə səviyyədədir? sualı ətrafında maraqlı diskussiya aparılıb. Novruzi markalar haqda İRadio dinləyicilərinə məlumat verib: “Biz çalışırıq ki, satdığımız markalar müştərilərin cibinə uyğun olsun. Bundan başqa yeni markaları Azərbaycana getirməyi planlaşdırırıq. Avropada brendlər Azərbaycanla nisbətdə daha ucuzdur. Biz çalışdığımız qədər mağazalarımızda sabit qiymətlər tətbiq edirik”.

Qonaq Azərbaycan gəncləri haqda da danışıb: “Hazırda gənclərə yetərincə qiymət verilir. Bizdən hər hansı bir gənc dəstək istədikdə təbii ki, köməyimizi əsirgəmirik. Sevindirici haldır ki, gənclər öz üzərlərində çox çalışırlar və yaxşı mənada fərqlənirlər. Xüsusən, “İrəli” İctimai Birliyinin və ASAİF-in gəncləri aktivdirlər. Mən “İrəli”nin Qış Univerisiteti layihəsindən sonra bir daha əmin oldum ki, gənclər öz intelektuallığı ilə seçilirlər və bizi parlaq gələcək gözləyir”.

Qeyd edək ki, Nərmin Kazımovanın təqdimatında “Relax”verilişi hər həftənin bazar ertəsi günü saat 13.00-da "İradio.az-ın canlı efirində olur.

208202_197029467001117_100000821941430_445928_2761013_n

208618_197029150334482_100000821941430_445926_298874_n

 

OXŞAR XƏBƏRLƏR