Portuqaliyada “Facebook” sosial şəbəkəsindən ruhlanan gənclər karyera imanklarının olmamasından və iqtisadi çətinliklərə öz etirazlarını bildirmək üçün küçələrə axışıblar.
Təxminən 20-30 yaş arasında olan 30 mindən çox insan Lissabonun mərkəzi meydanına toprlaşıb. Gənclər qrupu sosial şəbəkələr vasitəsilə aksiyaların London, Stokholm və Nyu- Yorkdakı Portuqaliya səfirlikləri qarşısında keçirməyə də çağırılıblar. Aksiyada iştirak edənlərin çoxu işsiz insanlardır.
Qeyd edək ki, ölkədə işsizlik səviyyəsi 11 faizi keçib və Portuqaliya da Qərbi Avropanın ən kasıb ölkəsi hesab olunur.
//Ans Press