Facebook-un azərbaycanlı istifadəçiləri sosial şəbəkənin işində narazıdırlar.
AZXEBER.COM Day.Az saytına istinadən bildirir ki, sosial şəbəkənin işində kəsintilər var. "Google Chrome" brauzeri ilə Facebook-da nəsə yerləşdirmək istəyəndə şəbəkə donur. Brauzeri bağlamaq məcburiyyətində qalırlar.
Fərhad adlı sosial media meneceri deyir ki, publikasiya yerləşdirmək üçün brauzeri qapayıb yenidən açmaq lazım gəlir. Bəzən publikasiya yerləşdirildikdən sonra, onları müəyyən vaxt üçün planlaşdırmaq mümkün olmur. Vaxtı təyin etmək mümkün olsa da, həmin publikasiya şərhsiz çıxır.
Facebook-un Azərbaycan seqmentinin istifadəçilərinin bəzilər hesab edirlər ki, yüklənmə brauzerin keşinin dolması ilə əlaqədar olur. Ancaq deyilənə görə, bəzən keşin təmizlənməsi də problemi aradan qaldırmır.