Bakının Binəqədi rayonu ərazisində azyaşlı qız itkin düşüb. Rayon Polis İdarəsindən milli.az-a verilən məlumata görə, Aynur Adil qızı Zeynalova 8-ci sinifdə oxuyan qızının evdən getdiyini bildirib. Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsinə müraciət edən ana qızının Bakı şəhəri 267 saylı orta məktəbdə oxuduğunu və Moskvada dünyaya gəldiyini bildirib. O, həmçinin qızın gedişinə "Facebook" sosial şəbəkəsində apardığı danışıqların səbəb olduğunu deyib.