“Facebook” daha bir qanlı hadisəyə səbəb oldu

“Facebook” daha bir qanlı hadisəyə səbəb oldu
Bütün Xəbərlər
12:34 31.01.2012
2717

Türkiyənin Adana şəhərində qeyr-adi hadisə yaşanıb.

AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, 16 yaşlı oğlan “Facebook”da 16 yaşlı bir qızla tanış olub.

Görüş təklifi rədd edilən oğlan, qızı təhqir edib. Qız hadisəni ailəsinə danışıb. Ailəsi qızdan oğlanla görüş təklif etməsini istəyib. Görüş yerinə gələn oğlan qızın yanında başqalarının da olduğunu görüb və qaçmağa başlayıb. Qızın yaxını olan təxminən 10 adam oğlanı tutaraq döyməyə başlayıblar. Üz-gözü qan içində olan oğlan ətrafdakıların köməyiylə canını qurtarıb.

Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR