Facebook-dan daha bir yenilik

Facebook-dan daha bir yenilik
Bütün Xəbərlər
16:52 15.01.2014
961
Dünyanın ən böyük sosial şəbəkəsi Facebook yanvarın sonunda Paper mobil platformasını buraxmağa hazırlaşır. 
O, istifadəçilərin qurğularına həm peşəkar istehsalçı, həm də sosial şəbəkə istifadəçilərindən xəbərlər məzmununu tədarük edən mobil informator rolunu oynayacaq. Bu haqda öz mənbələrinə istinadən Recode.net saytı yazıb.
AZXEBER.COM ICTnews-a istinadən bildirir ki, proqram mediakontent aqreqatoru Flipboard xidmətinə oxşardır.
Mənbə deyib ki, Paper sərbəst mobil tətbiq və ya mobil qurğular üçün veb-layihə kimi çıxarıla bilər. Güman edilir ki, proqram yanvarın sonunadək istifadəyə veriləcək.
Facebookun mətbuat katibi şərh verməkdən imtina edib.
OXŞAR XƏBƏRLƏR