O, istifadəçilərin qurğularına həm peşəkar istehsalçı, həm də sosial şəbəkə istifadəçilərindən xəbərlər məzmununu tədarük edən mobil informator rolunu oynayacaq. Bu haqda öz mənbələrinə istinadən Recode.net saytı yazıb.
AZXEBER.COM ICTnews-a istinadən bildirir ki, proqram mediakontent aqreqatoru Flipboard xidmətinə oxşardır.
Mənbə deyib ki, Paper sərbəst mobil tətbiq və ya mobil qurğular üçün veb-layihə kimi çıxarıla bilər. Güman edilir ki, proqram yanvarın sonunadək istifadəyə veriləcək.
Facebookun mətbuat katibi şərh verməkdən imtina edib.












































