xari

Facebook-dan Türkiyə qərarı

DÜNYA
20:34 18.01.2021
640
Facebook şirkəti Türkiyəyə təmsilçi göndərmək qərarı alıb.

AZXEBER.COM "Haber Global”a istinadən xəbər verir ki, şirkət ifadə azadlığını qorumaq üçün çalışdığını açıqlayıb:

"Türkiyədə qısa müddət öncə qəbul edilən sosial media platformaları haqqında qanunu yaxından izləyirik. Qanundan təsirlənən bəzi şirkətlər kimi biz də Türkiyəyə təmsilçi göndərmək qərarı aldıq. Türkiyədə yaşayan insanların ifadə azadlığının və digər insan haqlarının  qorunmasına dair bağlılığımızın dəyişməyəcəyini ictimaiyyətə bildiririk”.

Qeyd edək ki, Türkiyədə sosial şəbəkələr barədə qanun oktyabrın 1-dən qüvvəyə minib.

Qanuna görə, Türkiyədə nümayəndəliklərini açmayan Tvitter, Instagram, YouTube, Periscope, Facebook və Instagram 1,2 milyon dollar dəyərində cərimə olunmuşdular.

OXŞAR XƏBƏRLƏR