Məşhur müğənninin konserti hava şəraitinə görə ləğv edildi

Məşhur müğənninin konserti hava şəraitinə görə ləğv edildi
MAQAZİN
13:42 29.06.2026
278
Amerikalı məşhur müğənni Keti Perrinin Belçikada keçirilən "Werchter Boutique" festivalındakı planlaşdırılmış konserti əlverişsiz hava şəraiti səbəbilə son anda ləğv edilib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, məlumata görə, ifaçı səhnəyə çıxmağa hazırlaşdığı anda təşkilatçılar təhlükəsizliklə bağlı qərar qəbul edərək tədbirin dayandırıldığını elan ediblər.
 
Güclü yağış və mümkün ildırım təhlükəsi səbəbilə həm tamaşaçıların, həm də sənətçinin təhlükəsizliyi üçün belə addım atıldığı bildirilir.

Keti Perri sosial şəbəkədə paylaşdığı açıqlamada vəziyyətə görə təəssüf hissi keçirdiyini bildirib və qərarın onun iradəsindən asılı olmadığını vurğulayıb. O, təhlükəsizliyin hər şeydən vacib olduğunu qeyd edib.

Aysel
OXŞAR XƏBƏRLƏR