"Facebook" istifadəçiləri "Unibank"ı öz səhifəsində topa tutdular - Şəhid ailəsininin məhkəməyə verilməsi kütləvi qəzəbə səbəb oldu

"Facebook" istifadəçiləri "Unibank"ı öz səhifəsində topa tutdular - Şəhid ailəsininin məhkəməyə verilməsi kütləvi qəzəbə səbəb oldu
SOSİAL
13:07 24.03.2017
5267
"Unibank"ın öz rəsmi "facebook" səhifəsində qiymətləndirməni açıq elan etməsi banka baha başa gəldi. 
 
AZXEBER.COM xəbər verir ki, ötən gün "facebook"un şirkətlərlə bağlı yaratdığı qiymətləndirmə mexanizmi sosial şəbəkədə geniş müzakirəyə səbəb olub. "Ali və Nino" mağazalar şəbəkəsi və "Unibank"ın istehlakçılar üçün açıq elan etdiyi qiymətləndirmə sistemi hər iki marka üçün ağır nəticələnib. Nigar Köçərlinin rəhbərlik etdiyi kitab mağazası tənqidlərə açıq olduğunu göstərərək bu saata qədər bu xidməti istehlakçılar üçün açıq saxlayıb. 
 
Ancaq digər adını çəkdiyimiz marka - "Unibank"la bağlı davamlı gələn şikayətlər və istifadəçilərin total şəkildə banka 5 ulduzlu qiymətləndirmədə 1 ulduz verməsi bankı geri addım atmağa məcbur edib. 
 
Kütləvi rəylərin və aşağı qiymətləndirmənin nəticəsində sosial şəbəkədəki reytinqi aşağı düşən bank rəsmiləri bu qiymətləndirməni saxlamaq məcburiyyətində qalıb. Nəticədə bir neçə saat ərzində "facebook" səhifəsinin reytinqi 3.6-dan 2.5-ə qədər enib. 
 
Bankla bağlı etirazlara səbəb olan təkcə kreditlərin dollarla alınması və ya bank əməkdaşlarının hədə-qorxu ilə vətəndaşlarla danışması olmayıb. Həm də "Unibank"ın şəhid ailəsinin gecikdirdiyi borca görə məhkəməyə verməsi kütləvi etiraza səbəb olub. 
 
Şəhid ailəsi tərəfindən mətbuata ünvanlanan şikayət məktubunda bildirilmişdi ki, Masallı rayon Bambaşı kəndindən olan 1990-cı il təvəllüdlü gizir Məlikov Aqil Qismət oğlu 2016-cı il noyabrın 15-də cəbhənin Füzuli istiqamətində xidməti vəzifəsini yerinə yetirərəkən şəhid olub. 

Şəhidin qardaşı 2016-ci ilin mart ayında Unibank "Lənkəran" filialından anasının müalicəsi üçün 24 ay müddətinə 5000 (Beş min) ABŞ dolları kredit götürüb. Hər ay vaxtinda ödəmə olunub.

2016-cı ildə aprel ayında ön cəbhədə gedən döyüşlər zamanı ana güclü stress, həyəcan keçirərək, beyninə qansızmasından vəfat edib. Buna baxmayaraq banka kredit ödənişi davam edib .

Şəhidin qardaşı Məlikov Ədalət qeyd edir ki, dolların bahalaşması səbəbi ilə faizlər qalxmağa başlayıb. Amma yenə də vaxtında ödəniş edilib. "Lakin atam xəstə düşdüyündən artıq tək çalışan mənəm. "Unibank"ın Lənkəran filialına müraciət etdim ki, bir az mənə vaxt versin və aylıq ödəniş faizini mümkün qədər azaltsın. Bir ildə iki yasımız düşüb, həm anamı itirdim, həm də qardaşım qəhrəmancasına şəhid olub. Atam xəstədir, işləmir. Bütün yük üstümdədi. Evliyəm, övladım var, ailəni mən saxlayıram . Özüm də ali təhsilliyəm, Masallı rayonunda məktəbdə işləyirəm . Əmək haqqım cəmi 200 Azn-dir. Başqa yerdən gəlirim yoxdur. Lakin bank nəzərə almayaraq heç nə edə bilmərik deyib, məni məhkəyə verdi. 
 
Bank isə açıqlamasında borcun silindiyini iddia edir. 
 





OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan cüdoçuları Bakıda keçirilən dünya çempionatında fərdi mübarizələri 7 medalla başa vurublar
19:29 10.10.2026
Azərbaycan cüdoçuları Bakıda keçirilən dünya çempionatında fərdi mübarizələri 7 medalla başa vurublar
Kobaxidze: Gürcüstanın Rusiyaya qarşı sanksiyalara qoşulmamaq qərarının düzgün olduğu üzə çıxıb
19:22 10.10.2026
Kobaxidze: Gürcüstanın Rusiyaya qarşı sanksiyalara qoşulmamaq qərarının düzgün olduğu üzə çıxıb
Finlandiyanın Baş naziri ruslara turist vizalarının dayandırılmasını tələb edib
19:16 10.10.2026
Finlandiyanın Baş naziri ruslara turist vizalarının dayandırılmasını tələb edib
Londonda İsrailə silah tədarükünə qarşı yürüş keçirildi
19:10 10.10.2026
Londonda İsrailə silah tədarükünə qarşı yürüş keçirildi
Ermənistan ordusunda növbəti ölüm hadisəsi qeydə alınıb
19:06 10.10.2026
Ermənistan ordusunda növbəti ölüm hadisəsi qeydə alınıb
Misli Premyer Liqası: "Zirə" evdə "Şamaxı" ilə heç-heçə edib
19:00 10.10.2026
Misli Premyer Liqası: "Zirə" evdə "Şamaxı" ilə heç-heçə edib
Gürcüstanda Azərbaycan vətəndaşları saxlanıldı
18:55 10.10.2026
Gürcüstanda Azərbaycan vətəndaşları saxlanıldı
Kənan Nəsibov Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb
18:49 10.10.2026
Kənan Nəsibov Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb
Nazir Məcnun Məmmədov Çində səfərdədir
18:43 10.10.2026
Nazir Məcnun Məmmədov Çində səfərdədir
Husilər yenidən Ər-Riyad aeroportuna hücum edib
18:41 10.10.2026
Husilər yenidən Ər-Riyad aeroportuna hücum edib
Türk dünyası ölkələri ortaq təkrarsığorta hovuzu yarada bilər
18:36 10.10.2026
Türk dünyası ölkələri ortaq təkrarsığorta hovuzu yarada bilər
Kiyevə raket hücumu zamanı Azərbaycan restoranı dağıldı: Xəsarət alanlar var
18:30 10.10.2026
Kiyevə raket hücumu zamanı Azərbaycan restoranı dağıldı: Xəsarət alanlar var
Dostu dava saldı, onları barışdırmağa gəldi, özü bıçaqlandı
18:23 10.10.2026
Dostu dava saldı, onları barışdırmağa gəldi, özü bıçaqlandı
Polkovnikə FHN-də yüksək vəzifə verildi
18:18 10.10.2026
Polkovnikə FHN-də yüksək vəzifə verildi
"Azərişıq": Cənub regionundakı qəzaların aradan qaldırılması üçün iş gedir
18:14 10.10.2026
"Azərişıq": Cənub regionundakı qəzaların aradan qaldırılması üçün iş gedir
Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək
18:09 10.10.2026
Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək