"Facebook messenger"lə pul köçürmələri mümkün olacaq

"Facebook messenger"lə pul köçürmələri mümkün olacaq
Bütün Xəbərlər
20:52 29.07.2015
735

“Facebook Messenger”də yeni funksiya işə salınacaq. Belə ki, artıq bu proqram vasitəsilə pul köçürmələri də mümkün olacaq.

AZXEBER.COM "MilliKart" LLC-yə istinadən xəbər verir ki, bu ödəmə üsulu ilk olaraq ABŞ-da tətbiq edilib. Ödəmə üsulu “Facebook” sosial şəbəkəsində səhifələri olan internet-mağaza sahibləri üçün əlverişlidir.

"VISA" və "MasterCard" debet kartlarının sahibləri kart nömrəsini əlavə etdikdən sonra "$" düyməsini sıxmaqla açılan pəncərədə məbləği daxil edərək pul köçürmələrini həyata keçirə bilərlər. Ödəmə funksiyasının bu yaxınlarda bütün ölkələrdə istifadəsi mümkün olacaq.

OXŞAR XƏBƏRLƏR