Facebook sevgi həyatını dəyişir

Bütün Xəbərlər
20:47 26.01.2011
2173

Araşdırma nəticəsində sosial şəbəkələrdə tanış olan insanların daha erkən birlikdə olması müəyyən edilib.

Hər 5 qadından 4-ü və hər 5 kişidən 3-ü sosial şəbəkələrdə yazışmanın çox qısa müddət ərzində cinsi əlaqəyə qədər gətirib çıxardığını deyib.

Anketə iştirak edən qadınların 38%-i, sosial şəbəkələr vasitəsilə tanış olduqları insanlarla eşq yaşadıqlarını və birlikdə olduqlarını deyiblər. Sevgililərin bir-birləri ilə ünsiyyətdə ən çox istifadə etdikləri vasitə mesajlaşmadır.

Yeni münasibət qursalar belə qadınlar partnyorlarının köhnə sevgililərinin Facebook səhifələrini izləyirlər. Anketdə iştirak edən qadınların 72%-i bunu etiraf edib.

Onlar münasibətləri sona çatsa belə qarşı tərəfi Facebook-da dostların siyahısından silmirlər. Anketdə iştirak edən 81% qadınlar köhnə sevgililərini Facebook səhifələrində dost olaraq saxlayarkən, 75%-i isə nizamlı olaraq onların.

Cütlüklərin tanış olmasında rol oynamağa başlayan sosial şəbəkələr ayrılıqların da təbiətini dəyişib. Qadınların 43%-i, kişilərin isə 27%-i uğursuz nəticələnən münasibətlərin bir sətirlik mesajla bitdiyini deyiblər.

OXŞAR XƏBƏRLƏR