Facebook-un məşhur oyunu FarmVille-yə haker hücumu

Bütün Xəbərlər
10:06 27.01.2011
1923
Ekşın Man adlı haker, istifadəçilərin Facebook divarlarına zarafatyana postlar yazmaqla kifayətlənib

 Haker istifadəçiləri əsəbiləşdirsə də hesablarına və fayllara zərər verməyib. O, FarmVille oynayan Facebook üzvlərinin divarlarına bu iki mesajı göndərə bilib:

“Ey millət rahat olun, hesablarınız haklanmadı. Yaxşı oyunlar.”

“Məni yenə eşidə bilirsinizmi, Farmville oynayanlar? Həəə, sizə də Türkiyədən salamlar."

 İngiliscə yazılan bu mesajın sonunda türkcə olaraq bu ifadə yer alıb: "Farmville oyunçuları çiyələklərinizi yığın low :D”

 FarmVille-ni işlədən Zynga, məsələ ilə bağlı münasibət bildirməyib. Təhlükəsizlik təminatı ilə bağlı araşdırmanın aparıldığı deyilir.

Qeyd edək ki, bir gün gün əvvəl Facebook-un sahibi Mark Zukerbergin fan səhifəsinə onun adından qəribə mesajlar göndərilmiş, şirkət isə bunun proqram səhvindən qaynaqlandığını açıqlamışdı.

OXŞAR XƏBƏRLƏR