“Facebook” və “Instagram” ödənişli ola bilər - “Meta” AÇIQLADI

MARAQLI
02:26 31.10.2023
566

"Meta” "Facebook” və "Instagram” üçün ödənişli üzvlüklər tətbiq etmək qərarına gəlib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, şirkət Avropadakı istifadəçiləri üçün "reklamsız" istifadə üçün üzvlük sistemi tətbiq etmək qərarına gəldiyini açıqlayıb. Açıqlamada şirkətin Avropa Birliyinin qaydalarından yayınmaq üçün ödənişli üzvlükə keçəcəyi qeyd edilib.

Bildirilib ki, aylıq üzvlük haqqı onlayn alındıqda 9,99 avro, iOS və ya Android vasitəsilə alındıqda isə 12,99 avro olacaq.

Gülay

OXŞAR XƏBƏRLƏR