‘Facebook’a girib Bakıda insanları öldürəcəyini yazdı

‘Facebook’a girib Bakıda insanları öldürəcəyini yazdı
Bütün Xəbərlər
11:01 18.04.2012
4163

Fövqəladə Hallar Nazirliyi "Çudo Peçka"dakı bomba həyəcanı ilə bağlı rəsmi məlumat yayıb.

AZXEBER.COM-un məlumata görə,sahibi məlum olmayan “facebook” profillərindən birindən “Çudo Peçka” ilə bağlı elan yerləşdirilib. Həmin şəxs statusunda bildirib ki, 10 dəqiqə ərzində 3-cü mikrorayon dairəsindəki “Çudo Peçka” mağazasını partladacaq və artıq bombaları mağazaya yerləşdirib. Bundan xəbər tutan mağaza rəhbərliyi və təhlükəsizlik xidmətləri dərhal hərəkətə keçib. Əraziyə xeyli sayda polis, Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib. Mağaza və ətrafdakı obyektlərdəki insanlar evakuasiya edilib.

Nazirliyin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə kafedə müvafiq təhlükəsizlik tədbirləri görüb və əraziyə baxış keçiriblər. Nəticədə, qeyd olunan ünvanda partlayıcı qurğu aşkar edilməyib.

Bundan sonra hüquq-mühafizə orqanları statusun hansı profildən yazılmasını araşdırmağa başlayıblar. Hələlik hər kiminsə saxlanılması və ya müəyyən edilməsi barədə məlumat yoxdur.

OXŞAR XƏBƏRLƏR