“Facebook”la bağlı növbəti faciəli hadisə yaşanıb.
AZXEBER.COM-un ABŞ mətbuatına istinadən verdiyi məlumata görə, üç uşaq anası olan Cynthia Lee adlı qadın “facebook”da paylaşdığı fotoşəkilin ardından intihar edib.
Fotoşəkildə 23 yaşlı qadının bədənində və ağzında qan təsvir edilib. Profilində "Lənət olsun, heç bir şeyin öhdəsindən gələ bilmirəm" şəklində mesaj yazan Lee depressiyada olduğunu bildirib.
Qadının hansı səbəbdən intihar etməsi ilə bağlı araşdırma başladılıb.
Qeyd edək ki, son dövrlərdə “Facebook”da öz ölümü ilə bağlı məlumatlar yazan istifadəçilərin sayı artıb. Bu cür hadisələr Azərbaycanda da baş verir.
Sevil RƏSULZADƏ