Bakıda Aşura günü geniş müzakirəyə səbəb olan azyaşlı qızın anası danışıb.
AZXEBER.COM-un redaksiyasına zəng edən körpənin anası adını açıqlamaq istəmədiyini söyləyib. O, sözügedən şəklin çəkilməsindən məmnun olduğunu, əksinə bu fotonun daha çox kütləyə çatdırılmasını istədiyini bildirib:
"Zeynəbin cəmisi 1 yaşı var. Mən özüm ona bu hicabı xüsusi olaraq tikdirmişəm. İstəyim isə onun qəlbində indidən Hüseyn sevgisini yaratmaqdır. Mən özüm bu şəklin daha çox yayılmasını istəyirəm".
Ana sosial şəbəkələrdə onun haqqında yazılanlara əhəmiyyət vermədiyini söyləyib:
"Kim nə istəyir yaza bilər. Mən sosial şəbəkələrdə yoxam. Nə yazdıqları da mənim üçün əhəmiyyətli deyil. Övladımı İslam sevgisi ilə böyütmək istəyirəm. Onu özüm istəyərək və bilərək Aşura məclisinə gətirmişəm".
Qeyd edək ki, sözügedən uşağın fotosu ötən gün sosial şəbəkələrdə ən çox tənqid edilən və ən çox müzakirəyə səbəb olan şəkil olub.
![](https://azxeber.com/file/pic/xeber/2017-10/1506938685_22090149_1550983458271355_7545081713002513778_n.jpg)