“Facebook”da mahnı paylaşdığı üçün işdən çıxarıldı - FOTO

“Facebook”da mahnı paylaşdığı üçün işdən çıxarıldı - FOTO
Bütün Xəbərlər
11:39 04.02.2012
3521

Türkiyənin Samsun şəhərində qeyri-adi hadisə baş verib.

AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, 15 ildir xəstəxanada xidmətçi olaraq işləyən Erol Ceyran 17 Sentyabr 2010 tarixində "Facebook"dakı şəxsi profil səhifəsində məşhur müğənni Vulkan Konağın "Eledim Eledim" klipini paylaşıb. Klipin altında Türkiyənin hakim partiyası AKP əleyhinə yazılar yazması, onun işdən çıxarılmasına səbəb olub.

Qeyd edək ki, klipin sonunda sonradan əlavə olunmuş AKP-ni təhqir edən yazıların tapılması Erol Ceyrana qarşı iddianın qaldırılması ilə nəticələnib.

Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR