“Facebook”da qadın manyakı tutuldu

“Facebook”da qadın manyakı tutuldu
Bütün Xəbərlər
17:20 13.03.2014
1205
Sosial şəbəkədə qadınları təhdid edərək, onları zorlayan manyak yaxalanıb
“Facebook” sosial şəbəkəsində qadınları təhdid edərək, onları zorlayan manyak yaxalanıb. ANS PRESS-in məlumatına görə, 31 yaşlı N.G. polis tərəfindən tutulub. Onun sosial şəbəkədə qadınları təhdid etdiyi üçün tutulub.
Məlum olub ki, 31 yaşlı kişi “Facebook”da müxtəlif hesablar açıb, orada qadınları aldadırmış. O, özünü gah həkim, gah iş adamı, gah da jurnalist kimi təqdim edib, qadınları aldadıb. O, tanış olduğu qadınların email ünvanlarına xüsusi proqram göndərirmiş. Bu proqram vasitəsilə həmin qadınlar haqqında lazımı bilgilər alıb. Bəzi qadınların çılpaq fotolarını çəkib. Beləliklə bəzi qadınları şantaj edərək pul tələb edib. Bəzilərini isə hədələyərək zorlayıb.
Polis isə onu zorlanan qadınlardan birinin şikayəti əsasında yaxalayıb. Faktla bağlı araşdırmalar aparılarkən, saxlanılan şəxsin evindəki kompüter və noutboklardan 5 mindən çox porno video və foto aşkarlanıb. Materiallar müəyyən vaxtlarda müxtəlif qadınların görüntülərindən ibarətdir.
Qeyd edək ki, N.G. çəkdiyi bəzi porno görüntüləri internet vasitəsilə yayımlayıb. Hazırda polis toplanan matrealları məhkəməyə təqdim edib.
OXŞAR XƏBƏRLƏR