"Facebook"da qızla yazışması üzə çıxdığı iddia olunan Həbib Misirov danışdı - AÇIQLAMA

"Facebook"da qızla yazışması üzə çıxdığı iddia olunan Həbib Misirov danışdı - AÇIQLAMA
SOSİAL
14:49 14.06.2022
922
"Təəssüflər olsun ki, bəzi saytlar 2016-ci ildə mənə qarşı aparılmış iyrənc kampaniyanı yenidən gündəmə gətiriblər. Onlara deyəcək heç bir sözüm yoxdur. Sadəcə demək istəyirəm ki, həmin dövrdə dövlətçi mövqemə görə Avropadan maliyyələşən bəzi şəxslər mənə qarşı kampaniya qurmuşdular və sonradan onlar ifşa olundular".
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov deyib.
 
O bəzi saytlarda bir qadınla yazışmasının yayılmasının özünə qarşı təxribat adlandırıb: "Bu söhbət 2016-ci ildə olub və bunu kimlərin hazırladığı, qara pr kampaniyasını kimlərin həyata keçirdiyi mənə məlumdur. Təəsüflənirəm ki, bəzi saytlar 6 il öncəki xəbərləri yeni olmuş kimi gündəmə gətiriblər. Bizim mövqeyimiz, dövlətə sevgimiz hər kəsə bəllidir. Belə ucuz vasitələrlə bizi yolumuzdan döndərə bilməzlər".
 

OXŞAR XƏBƏRLƏR