“Facebook”da sevgilisinə sataşdığı üçün dostunu öldürdü
Bütün Xəbərlər
12:17 07.10.2014
2204
Britaniyada 27 yaşlı gənc “Facebook”da sevgilisinə sataşdığı üçün dostunu öldürüb.Hadisə dostların gəzintidən qayıtdığı vaxt baş verib.Belə ki, 27 yaşlı Skot Xamfri dostu 29 yaşlı Riçard Rovetto ilə taksidə olarkən mübahisə edib. Skot dostunun “Facebook”da sevgilisinə mesaj yazdığını və onu tez-tez narahat etdiyini bilib. Bu səbəbdən də Riçardla mübahisə edib. Riçard isə öz növbəsində mesaj yazdığı qızın dostunun sevgilisi olmasından xəbərsiz olduğunu bildirib.Onlar taksidən düşən zaman Skot qəfildən dostunun başından vurub. Zərbənin təsirindən Riçard müvazinətini itirərək yıxılıb. Onun başı səkiyə dəyib. Ağır yaralanan Riçard xəstəxanaya aparılıb və bir neçə saatdan sonra ölüb.Dostunu öldürən Skot isə bir müddət polisdən gizlənib. Lakin sonradan özü könüllü olaraq təslim olub. O, günahını etiraf edib və çox peşman olduğunu bildirib.