'Facebook'da tanış olduğu oğlanı dəniz sahilində öldürdü - ŞOK TƏFƏRRÜATLAR

Bütün Xəbərlər
12:42 12.09.2012
3988
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qətl hadisəsi törətməkdə təqsirli bilinən Elnur Cahangirlinin cinayət işi üzrə məhkəmə başlayıb.Publika.Az xəbər verir ki, ittihama görə, bu ilin iyunun 15-də Bakının Qaradağ rayon sakini, 21 yaşlı Toğrul Kərimli Bibiheybət qəsəbəsində öldürülüb. Üzərində çoxsaylı bıçaq xəsarəti olan meyit dənizin sahilində aşkarlanıb.Qətlin 22 yaşlı paytaxt sakini Elnur Cahangirli tərəfindən öldürüldüyü müəyyən edilib. Elnur Cahangirli Qaradağ rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub.Məhkəmədə ifadə verən Elnur Cahangirli elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində bildirib ki, Toğrul Kərimli ilə “Facebook” sosial şəbəkəsində tanış olublar və yazışıblar.Onun sözlərinə görə, söhbətlərin birində onların sözü çəp gəlib və bir-birilərini söyüblər. Bundan sonra gənclər dəniz kənarında görüşərək mübahisələrini həll etməyi qərara alıblar: “Biz Bibiheybət qəsəbəsində dəniz kənarında görüş təyin etdik və təyin etdiyimiz vaxt həmin yerə gəldik. Orada aramızda yaranan mübahisə daha da qızışdı. Buna görə də özümdə olan bıçaqla onu vurdum”.Elnur Cahangirli qeyd edib ki, onların arasında olan mübahisə zamanı Toğrul Kərimli onu təhqiredici ifadələr işlədib. O, törətdiyi əməldən peşman olduğunu bildirib. Məhkəmə davam edir.
OXŞAR XƏBƏRLƏR