"Facebook"dan ölümə (HEKAYƏ)

"Facebook"dan ölümə (HEKAYƏ)
KÖŞƏ
13:32 20.05.2011
2353

İş axtardığımı facebookda tez – tez danışdığım bir dostuma deyirdim. Bir gün həmişəki kimi yenədə facebookda o oğlanla danışırdım və o mənə bildirdi ki, sənə şad xəbərim var. Bu xəbərin iş ilə bağlı olduğunu biləndə  çox sevindim və o məni görüşə dəvət etdi.

İlk əvvəl getmək istəməsəm də sonradan razılaşdım. Doğrusu mən bu oğlanın üzün görməmişdim ilk dəfə idi ki, onunla görüşəcəkdim. Artıq gözlənilən an gəldi. Mən onunla görüşəcəyim restorana getdim. Burada o məni gözləyirdi. Bir az söhbətdən sonra iş haqqında danışmağa başladıq. Özünün bildirdiyinə görə atası imkanlı biznesmen idi. Atasının şirkətində məni işə düzəltdiyini bildirdi. Sevincimin həddi-hüdudu yox idi. O, bunu qeyd etmək üçün mənə içki təklif etdi. Mən içki içmədiyimi bildirdim. Onun təkidi ilə bir qədəh içdim.

Daha sonra isə ikinci və üçüncü qədəhləridə başıma çəkdim. Artıq özümü yaxşı hiss etmirdim. Səhər oyananda isə bir otel otağında gözümü açdım. Başımın üstündə isə bir kağız parçası var idi. “ Bağışla məni, mən sənə yalan dedim. Səni heç bir yerə işə düzəltmək imkanım yoxdu, mənim sənə dediyim iş bu idi. Sənə həyatda uğurlar”.

 Artıq nə edəcəyimi bilmirdim. Bu anadək olmuş bütün kədərli anlar gözümün önündən keçdi. Tez həmin yeri tərk edərək evə gəldim. Çıxış yolunu nə qədər də səhv olsa ölümdə görürdüm. Canıma qəsd etməzdən əvvəl isə bu sözləri yazmaq istədim: Mən öz səhvimin qurbanı oldum və heç bir qıza belə tələyə düşməyi arzulamıram. Qızlar heç bir zaman tanımadığınız insanla yaxınlıq etməyin.” Bu kağızı müstəntiq oxuyanda artıq qız dünyasını dəyişmişdi. Qızın ölümünə səbəb olan şəxs isə polis tərəfindən dindirilirdi ( ardı var… )

Sahil NAĞIZADƏ

OXŞAR XƏBƏRLƏR