‘Facebook’dan şok etiraf: ‘İstifadəçiləri aldadırıq’

‘Facebook’dan şok etiraf: ‘İstifadəçiləri aldadırıq’
Bütün Xəbərlər
11:29 07.02.2012
4992

İstifadəçilərin üç-dörd il əvvəl profillərindən sildikləri fotoşəkillər, hələ də "Facebook"un yaddaşında saxlanılmaqdadır.

AZXEBER.COM-un məlumatına görə, Ars Technica saytı keçən həftə bu mövzuya toxunub. "Facebook" cümə günü "istifadəçilərin profillərindən sildikləri fotoşəkillərin bir çoxunun hələ də "Facebook"un yaddaşında qaldığını" bildirib. Dünyanın ən böyük sosial şəbəkəsi, "fotoşəkillər saytdan həmin an silinsə də, istifadə edilən köhnə sistemin zəyifliyi səbəbiylə "Facebook"dan üç il müddətə silinir " deyə etiraf edib. Şirkət bu prosesin daha da tezləşdirilməsi üçün çalışdıqlarını bildirib.

Qeyd edək ki, istifadəçilər illər əvvəl səhifələrindən sildikləri fotoşəkillərə, onların linklərini itirmədikləri müddətcə yenidən əldə edə bilərlər

Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR