Facebookun qiyməti ölür

DÜNYA
09:11 31.07.2012
2189

Facebook sosial şəbəkəsinin səhmləri iyulun 27-də keçirilən satışlar zamanı 14 faiz aşağı düşərək 23 dollar olub. Buna qədər isə sosial şəbəkənin səhmləri 38 dollara satılırmış.

Qeyd edək ki, səhmlərin aşağı düşməsinin səbəbi Facebookun 2012-ci ilin ikinci rübünə dair maliyyə hesabını açıqlaması olub. Şirkətin gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 32 faiz artaraq, 1,18 milyard dollara çatmış, eyni zamanda, təmiz zərərin miqdarı 157 milyon dollar olmuşdur. İtkilərin əsas səbəbi isə şirkətin uğursuz İPO-su və satışlar zamanı əməkdaşlara ödənən kompensasiyalar ilə bağlıdır.

OXŞAR XƏBƏRLƏR