Fahrettin Altun: "Fələstin müharibəsində mövqeyimiz bəllidir, biz həqiqətin tərəfindəyik"

Fahrettin Altun: "Fələstin müharibəsində mövqeyimiz bəllidir, biz həqiqətin tərəfindəyik"
DÜNYA
12:58 26.04.2024
146
Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun TRT İspan Dilli Ölkələr 1-ci Yayım Zirvəsi və TRT İspan kanalının tanıtım proqramında çıxış edib.

AZXEBER.COM xəbər verir ki, TRT İspan kanalının təqdimat toplantısında mühüm açıqlamalar verən Kommunikasiyalar Direktoru Fahrettin Altun Türkiyənin Fələstinin tərəfində olduğunu bildirib.

Altun çıxışına bu ifadələrlə davam edib:

"Zalımın məzlumu sıxışdırdığı bir nizama qarşıyıq ki, bunun son nümunəsini Qəzzada törədilən soyqırımda gördük. Gözlənildiyi kimi, qlobal nizamın ədalətsizliyinə qarşı durmağımız, haqsızlıq qarşısında həqiqəti hayqırmağımız İsrail kimi pis niyyətli qrupları narahat edir. Bu şər qruplar terrorizm və sistemli yalan və dezinformasiya kampaniyaları ilə həqiqəti təhrif etməyə, qəddarlıqlarını artırmağa çalışırlar. Amma nə edirlərsə etsinlər, Fələstin məsələsinə gəlincə, bizim mövqeyimiz bəllidir. Bizim yerimiz həqiqətin tərəfindədir”.

Gülay
OXŞAR XƏBƏRLƏR