Media nümayəndləri otel ilə yaxından tanış olublar
Bakı şəhərinin ən hündür hissəsində yerləşən və Bakının yeni rəmzi kimi tanınan Alov Qüllələrinin bir hissəsi olan Fairmont Baku Oteli jurnalist və bloqqerlər üçün press tur təşkil edib. Tədbir çərçivəsində media nümayəndələri mehmanxana ilə bütünlüklə tanış olaraq, otel rəhbərliyinə öz suallarını ünvanlayıblar. Daha sonra jurnalistlər onların şərəfinə təşkil olunmuş işgüzar lançda görüşlərini davam etdiriblər.
Görüşdə bildirilmişdir ki, Fairmont Baku Oteli ümumilikdə 318 yüksək səviyyədə təchiz olunmuş qonaq otağı və 63 Fairmont Gold lüks qonaq otaqlarından ibarətdir. Mehmanxanada həmçinin lüks ESPA spa kompleksi fəaliyyət göstərir.
Qonaqların istirahətini daha zövqlü etmək üçün artıq mehmanxanada Le-Bistro fransız restoranı və Nur Lounge fəaliyyət göstərməkdədir. Oteldə həmçinin bu yaxınlarda açılışı planlaşdırılan Cigar Divan, Jazz Bar və Alov Steakhouse restoranı da fəaliyyət göstərəcək.
Fairmont Baku Oteli həm də, rəsmi və qeyri – rəsmi konfransların, ziyafətlərin keçirildiyi ən məşhur məkanlardan hesab olunur. Mehmanxanaya ümumilikdə 2,500 kvadrat metrdən çox ərazini əhatə edən 9 iclas zalı və ölkədə ən böyük iki ziyafət zalı da daxildir.
Mehmanxana haqqında ətraflı məlumat və nömrələri bron etmək üçün əlaqə vasitəsi – telefon nömrəsi: (+994 12)565 4848 və rəsmi internet səhifəsi: www.fairmont.com/baku
Fairmont Baku Oteli, Bakıda inşa edilən Alov Qüllələrinin bir hissəsidir və dünya üzrə məhşur mehmanxana brendi olan Fairmont Raffles Hotels İnternational şəbəkəsinin tərkib hissədir. Alov Qüllərinin digər hissələri olan biznes mərkəzi və yaşayış yerinin tam mərkəzində isə ticarət mərkəzi və İMAX Cinema kinoteatrı yerləşir. Fairmont Baku 2013-cü ildə fəaliyyətə başlayıb və hazırda bu elit otel şəbəkəsi London, Dubay, Kiyev, Caypur, Manila və digər turist mərkəzlərində fəaliyyət göstərir.





