Fakültə iclaslarında baş verənlər (KÖŞƏ)

Fakültə iclaslarında baş verənlər (KÖŞƏ)
KÖŞƏ
23:26 27.10.2011
1568
Məkan Amerika. Uzun illər öncəydi. Dərs dediyim universitetdə fakültənin iclasında oturmuşdum. Belə iclaslar hər yerdə bir-birinə oxşayır. Fakültənin rəhbəri yeni dərs ili ilə bağlı öz gözləntilərindən danışdıqdan sonra bu il yeni bir model tətbiq etmək istədiyini dedi. Dekan uzun-uzadı, detalları ilə danışırdı. Bilinirdi ki, çıxışa yaxşı hazırlaşıb. Dekanın sözünü qurtaran kimi gənc bir müəllim ayağa qalxıb söhbətə qoşuldu. O da odlu-alovlu nitq söyləyərək fakütə rəhbərinin yeni strategiyasının lazımsız olduğunu dedi. Elə bil qurbağa gölünə daş atdılar. Maraqla izləməyə başladım. Hələ heç bir titulu olmayan gənc müəllim hamının gözünün qarşısında rəhbərini tənqid edirdi. Görəsən aqibəti necə olacaqdı? Bəlkə də iclasdan sonra qulağını buracaqdılar. Tənbeh edəcəkdilər. Yaxud bu gün olanlar unudulmaz, vaxt gələr ondan intiqam alınar, ilin sonunda işdən çıxararlar. Gözləyirdim ki, gərginlik olacaq, indicə qiyamət qopacaq. Amma iclas qaldığı yerdən davam elədi. Çox sakit, təbii… İclasdakıların yarısı dekanın dəstəklədi, yarısı isə gənc müəllimi. Axırda dekan təklif etdi ki, səsvermə keçirilsin. Gənc müəllim qalib gəldi… Fasilədə dekan qabaqda gedirdi, qapıya çatdan dayandı və ona meydan oxuyan gənc müəllimə sarı dönüb dedi: “Di yaxşı, yeməyə gəlmirsən?” Havadan sudan danışa-danışa bir yerdə yeməyə getdilər. Dəhliz boyu arxalarınca baxdım. Zarafatlaşmalarına qulaq verdim. Bu səhnə heç vaxt yaddaşımdan silinmədi. Bir az əvvəl fikiləri toqquşan, mübahisə edən iki nəfərin iclasdan sonra bir yerdə yemək yeyə biləcələrinə inanmaqda çətinlik çəkdim. *** Məkan İngiltərə. Hindistandakı siyasi rejim haqqında müzakirəyə qulaq asıram. Dörd natiq var, iki-iki ayrılıblar. Mövcud sistemi bəyənənlər və vəziyyətdən məmnun olmayan müxaliflər. Danışanlardan biri məşhur hindistanlı siyasətçi, digər isə hindistanlı biznesmendir. Bir-birlərinə daban-daban zidd olan fikirlərə, ayrı-ayrı dünya görüşlərinə sahibdirlər. Və yüzlərlə ingilisin qabağında bir-birlərinin tezislərini keflə, amansızlıqla məhv edirlər. Çox ciddi mübahisə gedir. İroniyanın, lağ etmələrin, günahladırmaların biri bir qəpikdir. Tərəflər bir-birləri ilə atışırlar. Bir-birlərini satira atəşinə tuturlar. Salon gülməkdən qırılır. Sonda səsvermə keçirilir. Tərəflərdən biri qalib elan edilir. Çıxışda diqqətlə seyr edirəm. Uduzan hindistanlı natiqlə qalib gələn həmyerlisi qol-qola girib yeməyə gedirlər. Bugünkü tədbiri qeyd etməyə. Heç kimin üzündə qəzəb, kin yoxdur. *** Məkan Türkiyə. Fakültə iclaslarını xatırlayıram. Adamlar müxtəlif qruplara bölünürdülər. Qos-qoca müəllimlər bir-birlərindən uşaq kimi küsürdülər. O iclaslar daim gərginlik içində keçirdi. İclasdan sonra da eyni gərginlik davam edirdi. İclaslardan sonra adamlar qruplara bölünüb yeməyə gedirdilər. O qruplarda ancaq özləri kimi düşünən adamlar olurdu. Fərqli fikirdə olanlar isə su və zeytun yağı kimi bir-birlərindən ayrılırdılar. Bizdəki debatlardan xəbərim var. Tərəflər birlərinə qulaq asmırlar, bir-birlərinin fikirlərinə hörmət etmirlər. Yeganə məqsədləri qarşısındakıları məğlub etmək olur. Fikirlərin, duyğuların alış-verişi olmur bizim müzakirələrdə. Görəsən, sonuncu dəfə nə vaxt oturub bizim fikirlərimizlə daban-dabana zidd olan biriylə yemək yemişik? Sonuncu dəfə nə vaxt sırf bizimlə eyni fikirləri paylaşmadığına görə küsməməyi bacardıq. Sonuncu dəfə nə vaxt?Elif ŞafakUyğunlaşdırdı: Elmin HƏSƏNLİ, 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Paşinyan QORXU İÇİNDƏ: “Güc dili ilə danışarsa, daha ağır məğlubiyyətlə üzləşə biləcəyini yaxşı anlayır”
20:38 11.03.2025
Paşinyan QORXU İÇİNDƏ: “Güc dili ilə danışarsa, daha ağır məğlubiyyətlə üzləşə biləcəyini yaxşı anlayır”
Zərərçəkmişlər Ruben Vardanyana ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edib
20:30 11.03.2025
Zərərçəkmişlər Ruben Vardanyana ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edib
“Ruben elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb”
20:27 11.03.2025
“Ruben elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb”
Azərbaycan və Türkiyə arasında dini sahədə əməkdaşlığın daha da təkmilləşdirilməsi müzakirə edilib
20:14 11.03.2025
Azərbaycan və Türkiyə arasında dini sahədə əməkdaşlığın daha da təkmilləşdirilməsi müzakirə edilib
Azərbaycanlıların böyrəyini satan ukraynalı qadın TUTULDU
20:10 11.03.2025
Azərbaycanlıların böyrəyini satan ukraynalı qadın TUTULDU
İtaliya klubunun baş məşqçisi 5 oyundan sonra postundan qovulub
20:00 11.03.2025
İtaliya klubunun baş məşqçisi 5 oyundan sonra postundan qovulub
"Banu Günel" in ölüm xəbəri yayıldı
19:51 11.03.2025
"Banu Günel" in ölüm xəbəri yayıldı
Fon der Lyayen: Avropa Müdafiə İttifaqını qurmağın vaxtı çatıb
19:36 11.03.2025
Fon der Lyayen: Avropa Müdafiə İttifaqını qurmağın vaxtı çatıb
ATƏT-in Baş katibi: Təşkilat indi ən yaxşı formada deyil
19:23 11.03.2025
ATƏT-in Baş katibi: Təşkilat indi ən yaxşı formada deyil
Qadınlar yalanı daha tez hiss edir
19:10 11.03.2025
Qadınlar yalanı daha tez hiss edir
Polşa Ukrayna üçün 5 min ədəd “Starlink” terminalı alacaq
18:57 11.03.2025
Polşa Ukrayna üçün 5 min ədəd “Starlink” terminalı alacaq
XİN: Çin Ukrayna böhranının sülh yolu ilə həllinə yönəlmiş bütün səyləri dəstəkləyir
18:46 11.03.2025
XİN: Çin Ukrayna böhranının sülh yolu ilə həllinə yönəlmiş bütün səyləri dəstəkləyir
Zelenskinin Ofisi: Ukrayna sülh istəyir
18:34 11.03.2025
Zelenskinin Ofisi: Ukrayna sülh istəyir
Rusiya Kurskda Ukraynanın nəzarətindəki 12 yaşayış məntəqəsini geri qaytarıb
18:21 11.03.2025
Rusiya Kurskda Ukraynanın nəzarətindəki 12 yaşayış məntəqəsini geri qaytarıb
İradə İbrahimova gözəllik sirrini bölüşdü
18:10 11.03.2025
İradə İbrahimova gözəllik sirrini bölüşdü
Əməkdar artist Türkiyədə trend oldu - AUDİO
17:53 11.03.2025
Əməkdar artist Türkiyədə trend oldu - AUDİO