Falkao və Ardanın transferinə aydınlıq gəldi

Falkao və Ardanın transferinə aydınlıq gəldi
İDMAN
10:08 13.10.2012
1546

İspaniyanın “Atletiko” futbol klubu qış transfer dövründə türkiyəli yarımmüdafiəçi Arda Turanla kolumbiyalı hücumçu Radamel Falkao ilə yollarını ayırmayacaq.

Qol.Az-ın məlumatına görə, bu barədə Bakıda səfərdə olan klubun baş meneceri Migel Anxel Gil Marin jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, mövsümün sonunadək hər iki futbolçu komandada qalacaq: “Arda və Falkao qışda “Atletiko”nu tərk etməyəcəklər. Bunu əminliklə deyə bilərəm”.

Gil Marin son 15 ildə İspaniya çempionu ola bilməmələrinin də səbəbini açıqlayıb. “Atletiko” rəsmisinin fikrincə, İspaniya çempionatında rəqabət çox böyükdür:“Biz “Real Madrid” və “Barselona” ilə rəqabət aparan azsaylı klublardanıq. Digər komandaların da çempion olmaları üçün çox şeylər dəyişilməlidir. Hazırda 7 turdan sonra 19 xalla “Barsa” ilə ilk 2 yeri bölüşürük. Mövsümün sonunadək mövqeyimiz dəyişməsə, söz verirəm ki, gələn ilin iyun-iyul aylarında əsas komandamızı “Bakı” ilə yoldaşlıq görüşünə gətirəcəyik”.

Qeyd edək ki, Radamel Falkao hazırda Lionel Messi və Kriştianu Ronaldu ilə birgə hərəyə 8 qolla İspaniya çempionatının bombardirləri siyahısında qərarlaşıb. Onunla Avropanın ən aparıcı klubları maraqlanır. Arda Turan üçün isə Almaniyanın “Şalke” klubundan 20 milyon avroluq rəsmi təklif gəlib. Avropa mətbuatında “Atletiko”nun maliyyə problemləri ilə üz-üzə olması səbəbindən satışa razılıq verəcəyi yazılıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
23:50 18.04.2026
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
23:32 18.04.2026
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
23:23 18.04.2026
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
Ağdamda gənc FACİƏLİ şəkildə öldü
21:03 18.04.2026
Ağdamda gənc FACİƏLİ şəkildə öldü